Narqiz Aliyeva

Narqiz Aliyeva
@narqiz_
Sarıya aşiq bir qadın düşün
medical student
Azərbaycan
Şəki, 8 October 2004
58 reader point
Joined on January 2022
256 syf.
9/10 puan verdi
·
Liked
Agatha Christie
Agatha Christie
Hər dəfə dedektiv kitabları oxuyanda məni yazıçının əsəri hansı psixologiyada yazdığı maraqlandırır.Hələ bu Aqata Kristidirsə.Əsasən heç zaman qatili doğru tapa bilmirəm..Yəqin məndən heç yaxşı dedektiv olmazdı. •On zənci balası.Yenə də incəliklə düşünülmüş bir qətl hadisəsi.Təcrübə burda öz sözünü deyir.Bir hakim öz zəkası ilə tək başına ortada heç bir şübhə yaratmadan 9 insanın və sonda da öz müəmmalı ölümünə səbəb olur.Əgər o kağız parçası olmasa idi naməlum bir qətl hadisəsi olaraq qalacaqdı. •Əgər bir psixoloq olsa idim hakim Uorqreyvin psixoloji probleminə tam bir ad qoyardım.Ancaq travmalarının özünündə qeyd etdiyi kimi uşaqlıqdan gəldiyi məlumdur. O dünyada qanunun əlinin çatmadığı çoxlu cinayətlər və cinayətkarların son dəfə ölüm hömünü verdi və özü yerindəcə yerinə yetirdi.Öz düşüncəsində bunu qətl yox cəzasız qalmış cinayətkarlar üçün cəza olduğunu düşünürdü.Və qurbanlarına da eyni cür yanaşmır.Onları öz düşüncəsində daha az günahkar bildiyi adamları tez öldürüb,qatı cinayətkar olanları isə vicdan əzabı,izdirab və sarsıntı keçirmələrini gözləyib sonra öldürürdü. •Əminəm ki,1 gün içində maraqla axıcılıqla bitirəcəyiniz bir əsərdir lakin,siz düşünərək,aramla dadını çıxararaq və bol bol qeydlər alaraq oxuyun. ~Uzun illər ərzində hakim işləyib.Axı onlarla,yüzlərlə insanın taleyi onun əlində olub.
Agatha Christie
Agatha Christie
On Zənci Balası
On Zənci Balası
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432.7k okunma
Reklam
195 syf.
·
Not rated
·
Liked
BADAM-Son Von Pyon-Aleksitimiya (emosional korluq) ilk dəfə 1970 ci illərdə aşkar olunub.Xəstəliyə səbəb natamam emosional inkişaf, travma, qorxu və təşviş hissləri ilə əlaqədar olan amiqdalanın kiçikliyidir. Bilirəm bu banal səslənəcək ancaq mən belə bir nəticəyə gəlmişəm ki, sevgi insanı insan edən, bəzən isə onu bədheybətə döndərən bir qüvvədir.Özünündə dediyi kimi bu romanla çatdırmaq istədiyi əsas fikir bu idi.Əsəri oxuduqca gözlərimin qarşısında Zeze (Şeker portakalı) ağlıma gəldi. Əgər yazaran kim olduğunu bilməsə idim Jose Mauronun əsəri zənn edəcəkdim.Hekayəsi, ideyası, sujet xətti, qeyd olunan fikirlər o qədər gözəl idi ki. Ümumilikdə uğurlu bir əsərdir. Bəlkə də yazarın başqa əsərləri ilə də tanış olacağam yalnız,Yunce və Qon mənim üçün çox başqa olaraq qalacaq hərzaman.Empatiya hissinin çox aydın şəkildə ifadə olunduğu bir əsərdir.Və eynilə sonda digər əsərlərdən fərqlənən bir sonluqla qarşılaşdım.Əsərin belə bitməsini əsla gözləmirdim. Oxuyarkən tamamən qarışıq duyğular yaşayırdım.Və həqiqətən də sevginin sağalda bilmədiyi yara olmadığını indi daha yaxşı başa düşə bilirəm. Elə bir insan övladı yoxdur ki,onu xilas etmək mümkün olmasın. Sadəcə, xilas etməyə səy göstərmək lazımdır.Əsər insana ağrının, günahkarlıq hissinin, kədərin, xoşbəxtliyin, xəyalın və ÜMİDin nə demək olduğunu dərindən hiss etdirərək öyrədirdi.
Badam
Badam
Badam
BadamWon-pyung Sohn · Strauss · 20232,022 okunma
512 syf.
10/10 puan verdi
·
Liked
Xalq taleyinin ən aydın şəkildə təsvir edən klassik əsərdir. Eyni zamanda xalqımızın XIX əsrin sonlarında təhsil həyatındakı yenilikləri,rus imperiyasının mədəniyyətimizə təsirini özündə əks etdirir.Azərbaycan klassikasının ən gözəl incilərindən biridir.Tövsiyə edirəm.Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman,kəndin
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014767 okunma

Reader Follow Recommendations

See All
140 syf.
·
Not rated
·
Liked
·
Read in 1 hours
Əsəri oxuyarkən necə xoş yeni il keçirdiyimə sevimədim deyil.Ətrafındakı insanların ehtiyaclarına, hisslərinə tamamilə biganə qalan, hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür. Dikkens bizə demək istəyir ki, hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur, bu işartı gah aşkar, gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur.
Yeni İl Nəğməsi
Yeni İl Nəğməsi
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07.4k okunma
350 syf.
9/10 puan verdi
·
Liked
İlk başda başdan sona bir sevgi hekayəsi oxuyacağımı zənn etsəm də oxuyarkən belə olmadığını anladığım bir kitab oldu bu kitab. Amma bu kitab təkcə onların bir-birlərinə olan sevgisini deyil, eyni zamanda vətənlərinə olan sevgisini də ön plana çıxarır. Əli və Ninonun ta məktəb illərindən başlayan sevgiləri, yaşadıqları ölkələrin savaşları, ayrı-ayrı mədəniyyətləri, baxış bucaqları çox gözəl qələmə alınıb kitabda. Qurban Səidin axıcı qələmi isə kitabı daha da oxunaqlı edib.
Əli və Nino
Əli və Nino
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 02,478 okunma
Reklam