Gülnar

Gülnar
@narzade
Fashion designer
economics
30 Kasım
32 okur puanı
Nisan 2022 tarihinde katıldı
Biliyi ötürmək olar, müdrikliyi isə heç vaxt. Onu tapmaq olar, onunla yaşamaq olar, onu öz yelkəninə çevirə bilərsən, amma onu sözə çevirmək, kiməsə öyrətmək qeyri-mümkündür.
Sayfa 111
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Qovinda, müdrikliyin başqasına ötürülməsinin qeyri-mümkün olması gəldiyim nəticələrdən biridir. Müdrik adamın başqasına çatdırmaq məqsədilə dediyi ağıllı sözlər həmişə axmaq nəticəyə çevrilib.
Sayfa 111
- elə ola bilər ki, məqsədinə ilişib qalsın və elə bu səbəbdən axtardığını tapmasın, burnunun ucunda olan həqiqəti ruhuna yaxın buraxmasın. Axtarmaq - məqsədi olmaq deməkdir. Tapmaqsa istənilən məqsəddən qurtuluşdur.
Sayfa 109
Onu heç nəyə məcbur etmirsən, döymürsən, cəzalandırmırsan. Çünki yumşağın bərkdən, suyun daşdan, sevginin zorakılıqdan güclü olduğunu bilirsən.
Sayfa 94
Mən alim deyiləm, nə danışmağı, nə də fikirləşməyi bacarıram. Ancaq qulaq asmağa qabiliyyətim çatır. Əgər hiss etdiklərimi çatdıra bilsəydim, müdrik olardım, mənsə olsa-olsa adi qayıqçıyam və işim adamları çaydan keçirtməkdir.
Sayfa 84