Döyüb, əzişdirib çovğunlu baraklara atmaq əvəzinə, hər birimizi mütləq bir boşluğa, xarici aləmdən hermetik ayrılmış bir vakuuma salmaqla içimizdəki həmin sıxıntının əvvəl-axır dilimizi açacağına bel bağlayırdılar.
Bizə heç nə eləmirdilər, sadəcə olaraq, mütləq heçliyin qoynuna atmışdılar, görünür, bilirdilər ki, yer üzündə heç nə həmin heçlik qədər insan qəlbini bu cür sıxa bilməz.