Nə qədər acı olsa da, şübhəsiz, Dahilik Gözəllikdən daha uzunömürlüdür. Buna görə də savadımızı, intellektimizi inkişaf etdirmək üçün çox səy göstəririk.
Amma gözəllik, həqiqi gözəllik intellektual ifadənin meydana çıxdığı yerdə yox olub gedər. Yüksək inkişaf etmiş intellekt artıq öz-özlüyündə bir mübaliğədir və üzün harmoniyasını pozur. İnsan düşünməyə başlayan kimi burnu qeyri-mütənasib bir şəkildə uzanır, ya da alnı genişlənir, ya da başqa bir şey onun üzünü eybəcər hala salır.