... Məndən heç bir şey istəmədən, üzərimdə hakimlik etmədən, mənliyimi tapdalamayıb məni sevəcək və həyat yollarında mənimlə birlikdə addımlayacaq bir şəxsi...
Baxışları kədərli olsa da, bir qədər istehzalı idi. Sanki: "Bəli, axtardığımı tapa bilməyəcəyəm... Nə etməli?" demək istəyirdi. Bu istehzalı ifadəni, üst dodağına nisbətən azacıq dolğun görünən alt dodağında açıq-aydın görmək olurdu.