O.M. Bəli, maşın-insana, şəxssiz mühərrik-insana. İnsan hər necə olursa-olsun, bu cür yaradılıb və bütün bunlara görə irsi genlərinin, böyüdüyü yaşayış yerinin, ünsiyyət dairəsinin, qruplarda və cəmiyyətdəki əlaqələrinin ona göstərdiyi nüfuza və təsirə borcludur. Onu xarici təsirlər- və yalnız onlar- hərəkətə gətirir, istiqamətləndirir, əmrlər verir. İnsan özü heç nəyi doğurmur, yaratmır, hətta fikirləri belə.