“Bazar” düşüncəli insan həvəslə “verir”, lakin hökmən mübadilə məqsədi güdür və əvəzinə nəsə əldə etmək istəyir, çünki əvəzini görmədən bir şeyi vermək onun üçün aldanmağa bərabərdir.
Başqa bir tərəfdən baxanda, özünün ətraf aləmlə bağlılığının dərdini çəkərək hərəkətsiz oturub seyrçi qalan insan "passiv" sayılır, çünki o heç bir "iş görmür". Əslində isə belə bir mərkəzləşdirilmiş meditasiya halı mümkün olan fəaliyyət formalarının ən yüksək olanıdır: yalnız daxili azadlıq və müstəqillik şərtlərilə mümkün olan ruhun yaradıcılığı.