Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nazryn Aelita

Nazryn Aelita
@nazryn_Lou_Salome
Freud and Psychoanalysis lover
İndi absurdluğun mütləq xarakterini təsəvvür etmək istəyirəm. Adamların kiçik, rənglənmiş dünyasında jest və ya hansısa bir hadisə yalnız nisbi mənada onları çərçivələyən şəraitin daxilində absurd ola bilər. Misal üçün, dəlinin nitqi onun yerləşdiyi şəraitə uyğun olaraq absurddur, ancaq onun şüursuzluqdan doğan sayıqlamaları ilə münasibətdə absurd sayıla bilməz.
Sayfa 199Kitabı okudu
Reklam
İndi qələmimdən absurdluq sözü doğulur, bir az öncə parkda bu sözü tapa bilməmişdim, onu heç axtarmamışdım da. Çünki o mənə lazım olmamışdı: mən şeylər haqqında şeylərın özü ilə, ki bərdən istifadə etmədən düşünürdüm. Absurdluq başımda doğulan bir düşüncə deyildi, səsin elementləri də deyildi, o, ayaqlarğulan altındakı bu ağac ilanın özü idi. İlan, yaxud vəhşinin pəncəsi, kök, yaxud quzğun caynağı – bunların arasında heç bir fərq yoxdur. Ora da mən heç nəyi dəqiq formullaşdırmağa çalışmadan Mövcudluğun açarını tapdığımı anlamışdım, bu həm də mənim Ürəkbulanmamın, şəxsi həyatımın açarı idi. Əslində isə, sonradan aydınlaşdırdığım kimi hər şey bu fundamental absurdluğa gəlib çıxırdı
Sayfa 198Kitabı okudu
Yüngülləşdiyimi, toxtadığımı deyə bilmərəm, əksinə, bu halım məni sıxıb əzməyə başlayır. Ancaq əvəzində məqsədimə çata bil- mişəm, bilmək istədiyimi öyrənmişəm, yanvar ayından sonra başı- ma gələnlərin hamısı mənim üçün aydınlaşıb. Ürəkbulanmam keç- məyib və çətin ki, yaxın zamanda sovuşsun, ancaq o, daha mənə əzab vermir, bu, xəstəlik deyil, ötəri bir böhran halı da deyil, bu mən özüməm
Sayfa 195Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Mən isə onun nə olması barədə neçə vaxtdır baş sındırı- Bax Ürəkbulanma bu imiş. Demək, o, gözə çarpan aşkarlıqdan ram! Onun haqqında belə yüksək fikirlər yazmışam! İndi isə bilirəm: mən mövcudam, dünya mövcuddur və mən dünyanın mövcud oldu- ağunu bilirəm. Vəssalam. Ancaq mən bunların hamısına laqeydəm. de Hər şeyə qarşı belə qəribə laqeydliyim məni qorxudur. Bu həmən bəd gündə, əlimə götürdüyüm çınqıl daşı suya atmaq istədiyim an- dan başladı. Mən artıq daşı atmağa hazır olduğum anda ona baxdım dik və hər şey bundan sonra başladı: mən onun mövcud olduğunu hiss etdim. Bundan sonra Ürəkbulanma bir neçə dəfə təkrar olundu: za- man-zaman predmetlər sənin əlində mövcud olmağa başlayır.
Sayfa 189Kitabı okudu
Adamları sevmək mümkün olmadığı kimi,onlara nifrət etmək də mümkün deyildir
Sayfa 183Kitabı okudu
Reklam
Mizantropiya ümumi har- moniyanın yaranması üçün zəruri olan dissonansdan başqa bir şey deyildir. Mizantrop insandır və buna görə də humanstin hansısa ölçüdə mizantrop olması lazım gəlir.
Sayfa 183Kitabı okudu
Bütün diqqətim ondadır: indi mənim üçün başqasının dərdini hiss etməkdən yaxşı bir şey ola bilməzdi, bu fikrimi dağıdardı.
Sayfa 163Kitabı okudu
Ürəyimin dərinliklərində gizlənən bir ümidimin olduğunu çox yaxşı bilirəm.
Sayfa 160Kitabı okudu
Ah, əgər, düşünməyə bilsəydim, nə qədər yüngülləşərdim. Düşüncələr daha bezdiricidir... Onlar bə dən üzvlərimdən daha pisdir. Ara vermədən hey harayasa dartırlar, ötüb keçdikcə qəribə bir dad yaradırlar. Düşüncələrin daxilində isə sözlər, ayrı-ayrı sözlər, ifadələrdəki dönə-dönə qayıdıb gələn ey. hamlar: "Qurtarmaq lazım... mən mövcud... Ölüm...
Sayfa 154Kitabı okudu
Həqiqəti görməsin deyə o özünün kiçik əvəzedici, təskinlikverici uydurmasını yaradıb, onun üçün əlverişli mühit formalaşdırmağa çalışır və bununla da özünü yaşamağa ümidləndirir. Onun yaddaşı işləməkdən qalır, yoxsa beyni boşuna işləyir? Nə etmək olar, o, sadəcə, gəncliyin özünü yandırdığı bossık mülahizələrdən uzaq gəzir. Yoxsa o, daha kitablarda yazılan- lara inanmır? Yox, sadəcə, o, indi oxumaq istəmir. O daha qadın- la intim əlaqədə ola bilmir? Ancaq o, vaxtında bununla yetərincə məşğul olub. Sevgi münaqişələri və qadına vaxt ayırmaq keçmişdə qalsa yaxşıdır, bunu yalnız uzaq məsafədən mühakimə, müqayisə etmək, üzərində düşünmək və götür-qoy etmək mümkündür. Bununla yanaşı olaraq, güzgüdə gördüyü özünün meyitə çevrilən üzünə baxıb təskinlik tapmaq üçün o özünü inandırmağa çalışır ki, güzgü bu sifətdəki təcrübəni əks etdirir
Sayfa 109Kitabı okudu
Reklam
Onlar bizə təlqin etmək istəyirlər ki, ömürlərini boşuna keçirməyiblər, onların illərlə topla- nan xatirələri tədricən qatılaşaraq müdrikliyə çevrilmişdir. Münasib bir keçmiş! Cibdə gəzdirilən keçmiş, bütünlüklə həqiqətin yazıldığı, qızıl kimi kitabların saxlandığı kitabxanadan götürülmüş çox dəyərli bir kitab. "İnanın, mən öz təcrübəmə əsaslanıb danışıram, bunları görüb gəlmişəm, mənə bunları həyat öyrədib"
Sayfa 107Kitabı okudu
Onlarmı təcrübə sahibidirlər? Onlar deyilmi ki ömürlərini yarıyuxulu kütbeyinlik içərisində keçirmiş, səbirsizlik. dən necə gəldi evlənmiş, gələcəyin xoş dünyaya uşaq gətirmişlər? Kafedə, toylarda, dəfn mərasimlərində təsadüflərinə arxalanaraq başqa insanlarla görüşmüşlər? Zaman-zaman hansısa burulğana dū şüb irəli-geri atılaraq, başlarına nə gəldiyini anlamamışlar. Ətrafla rında nə baş vermişsə, onların görüş dairəsindən kənarda başlamış və qurtarmışdır: dumanlı uzunsov formalar, uzaqda baş verən, ötən gördükləri hadisələr yanlarından keçərək onları zədələmiş, onlar nə baş verdiyini anlamaq üçün baxmağa qərar verəndə isə iş-işdən keç miş, artıq hər şey qurtarmışdır. Qırx yaşına çatanda özlərinin cılız ehtiraslarından və “Atalar sözləri"ndən ibarət azsaylı "müdriklik" təcrübələrindən istifadə edib ağıllı məsləhətlər verməyə başlayır və ticarət avtomatları kimi işləyirlər: xırda pulu sol tərəfdəki deşiyə salırsan budur sənə gümüşü folqaya bükülmüş iki-üç həyati nümunə, xırda pulu sağdakı deşiyə salanda isə dişə suvaşan şirin iris kimi daha qiymətli məsləhətlər alırsan.
Sayfa 106Kitabı okudu
Şikayət etmək haqqım yoxdur: mən yalnız azad olmağı seçmişəm
Sayfa 102Kitabı okudu
Kiminsə haqqında keçmiş zamanda düşünmək, ümumiy- yətlə, mümkündürmü? Nə vaxta qədər ki, bir-birimizi sevirdik, biz hətta yaşadığımız anlardan ən əhəmiyyətsizinin də, kədərimizin ən kiçiyinin də özümüzdən ayrılıb keçmişə çevrilməsinə imkan ver- məzdik. Qoxuları, səsləri, hər bir günün çalarlarını, hətta dilə gəti- rilməyən düşüncələri özümüzdə yaşadar, onları canlı saxlayardıq; biz bütün bunlardan indiki zamanda həzz alar və əzab çəkərdik. Heç bir xatirəyə yol verməzdik: geri çəkilməyə, yaxud kölgədə daldalanmağa heç bir yol qoymayan, amansız və alovlu bir sevginin içində dolaşardıq.
Öz adımı onun göndərdiyi zərflərin üzərində oxumağı necə də sevirəm.
387 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.