Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nazryn Aelita

Nazryn Aelita
@nazryn_Lou_Salome
Freud and Psychoanalysis lover
Ancaq tarixi əsər olmamalıdır: tarix keçmişin mövcudluqlarını dəyərləndirir, ancaq heç bir mövcudluq başqa bir mövcudluğun varlığına haqq qazandıra bilməz. Mənim səhvim də məhz bundan ibarət olmuşdu ki, markiz de Rolbonu di- rıltmək istəmişdım. Yox, kitab gərək başqa cür olsun. Düzdür, necə olacağını hələ dəqiq bilmirəm, ancaq gərək onun çap edilən sözlə- rinin qərarlaşdığı səhifələrindən bu kitabın mövcudluğun hökmü ilə yazılmadığı anlaşılsın, onun üzərində yüksəldiyi açıq-aydın görünsün.
Sayfa 274Kitabı okudu
Reklam
Elə ağılsız adamlar var ki; incəsənətdə təskinlik arayırlar.
Sayfa 264Kitabı okudu
Axı, doğurdan da, tanıdığın bir insanın uzaqlarda necə yaşadığını öyrənmək istəyirsən
Sayfa 261Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
İki şəhərin arasında yerləşirəm:biri mənimlı tanış deyil, o biri məni tanışlığından çıxarır.
Sayfa 258Kitabı okudu
Demək, azadlıq elə bu demək imiş? Ayaqlarımın altında şəhərə doğru hüznlə uzanıb gedən bağlar və onların hər birində ucalan bir ev görünür. Ağır, hərəkətsiz dənizi, onun sahilindəki Buvili görürəm. Gözəl bir hava var. Mən azadam: həyatımda artıq heç bir məna yoxdur. O şeylər ki, onların naminə yaşamağı sınamışdım, hamısı uçulub-dağıldı, başqa yeni bir şey düşünməyi isə bacarmıram. Mən hələ gəncəm, hər şeyi yenidən başlamaq üçün yetərincə gücüm vardır. Ancaq nəyi başlamalı? Yalnız indi anlayıram ki, mənim duyduğum qorxu- ların, ürəkbulanma böhranlarının ən kəskin olduğu çağlarda-Anni- nin məni xilas edəcəyinə ümid edirmişəm. Mənim keçmişim ölüb, markiz de Rolbon öldü, Anni isə yalnız ona görə qayıtmışdı ki, məndən bütün ümidlərimi alıb aparsın. Mən bu ağ, bağlara bürün- müş küçələrdə təkəm. Tək və azadam. Ancaq bu azadlıq bir azca ölümü də xatırladır
Sayfa 239Kitabı okudu
Reklam
Bilirsənmi, kimisə sevməyə başlamaq çox böyük və əhatəli bir işdir. Bunun üçün enerji və marağın olmalı, həm də kor olmağı bacarmalısan... Başlanğıcda hətta uçurumun üzərindən tullanmalı olursan, ancaq sonradan bir azca düşünmək bəs edir ki, artıq bunları etməkdən əl çəkəsən. Mən bir də heç vaxt uçurumun üzərindən tullanmayacağımı dəqiq bilirəm.
Sayfa 222Kitabı okudu
Əgər səni çıxarıb rəngləsəydilər və başqa bir yolun qırağında yol nişanı kimi bas- dırsaydılar, onda mən gedəcəyim yolun səmtini çaşdırardım. Sən mənə lazımsan: mən dəyişirəm, ancaq gərək razılaşaq ki, sən dəyişə məyəsən, sən hökmən necə varsansa, elə də qalmalısan. Sənə baxıb, mən nə qədər dəyişdiyimi ölçə bilərəm
Sayfa 220Kitabı okudu
İndi absurdluğun mütləq xarakterini təsəvvür etmək istəyirəm. Adamların kiçik, rənglənmiş dünyasında jest və ya hansısa bir hadisə yalnız nisbi mənada onları çərçivələyən şəraitin daxilində absurd ola bilər. Misal üçün, dəlinin nitqi onun yerləşdiyi şəraitə uyğun olaraq absurddur, ancaq onun şüursuzluqdan doğan sayıqlamaları ilə münasibətdə absurd sayıla bilməz.
Sayfa 199Kitabı okudu
İndi qələmimdən absurdluq sözü doğulur, bir az öncə parkda bu sözü tapa bilməmişdim, onu heç axtarmamışdım da. Çünki o mənə lazım olmamışdı: mən şeylər haqqında şeylərın özü ilə, ki bərdən istifadə etmədən düşünürdüm. Absurdluq başımda doğulan bir düşüncə deyildi, səsin elementləri də deyildi, o, ayaqlarğulan altındakı bu ağac ilanın özü idi. İlan, yaxud vəhşinin pəncəsi, kök, yaxud quzğun caynağı – bunların arasında heç bir fərq yoxdur. Ora da mən heç nəyi dəqiq formullaşdırmağa çalışmadan Mövcudluğun açarını tapdığımı anlamışdım, bu həm də mənim Ürəkbulanmamın, şəxsi həyatımın açarı idi. Əslində isə, sonradan aydınlaşdırdığım kimi hər şey bu fundamental absurdluğa gəlib çıxırdı
Sayfa 198Kitabı okudu
Yüngülləşdiyimi, toxtadığımı deyə bilmərəm, əksinə, bu halım məni sıxıb əzməyə başlayır. Ancaq əvəzində məqsədimə çata bil- mişəm, bilmək istədiyimi öyrənmişəm, yanvar ayından sonra başı- ma gələnlərin hamısı mənim üçün aydınlaşıb. Ürəkbulanmam keç- məyib və çətin ki, yaxın zamanda sovuşsun, ancaq o, daha mənə əzab vermir, bu, xəstəlik deyil, ötəri bir böhran halı da deyil, bu mən özüməm
Sayfa 195Kitabı okudu
Reklam
Mən isə onun nə olması barədə neçə vaxtdır baş sındırı- Bax Ürəkbulanma bu imiş. Demək, o, gözə çarpan aşkarlıqdan ram! Onun haqqında belə yüksək fikirlər yazmışam! İndi isə bilirəm: mən mövcudam, dünya mövcuddur və mən dünyanın mövcud oldu- ağunu bilirəm. Vəssalam. Ancaq mən bunların hamısına laqeydəm. de Hər şeyə qarşı belə qəribə laqeydliyim məni qorxudur. Bu həmən bəd gündə, əlimə götürdüyüm çınqıl daşı suya atmaq istədiyim an- dan başladı. Mən artıq daşı atmağa hazır olduğum anda ona baxdım dik və hər şey bundan sonra başladı: mən onun mövcud olduğunu hiss etdim. Bundan sonra Ürəkbulanma bir neçə dəfə təkrar olundu: za- man-zaman predmetlər sənin əlində mövcud olmağa başlayır.
Sayfa 189Kitabı okudu
Adamları sevmək mümkün olmadığı kimi,onlara nifrət etmək də mümkün deyildir
Sayfa 183Kitabı okudu
Mizantropiya ümumi har- moniyanın yaranması üçün zəruri olan dissonansdan başqa bir şey deyildir. Mizantrop insandır və buna görə də humanstin hansısa ölçüdə mizantrop olması lazım gəlir.
Sayfa 183Kitabı okudu
Bütün diqqətim ondadır: indi mənim üçün başqasının dərdini hiss etməkdən yaxşı bir şey ola bilməzdi, bu fikrimi dağıdardı.
Sayfa 163Kitabı okudu
Ürəyimin dərinliklərində gizlənən bir ümidimin olduğunu çox yaxşı bilirəm.
Sayfa 160Kitabı okudu
268 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.