Nəimi

Nəimi
@neimi2000
Hacızadə15》♡ Şübhesiz namaz, Allaha derinden saygı duyanlardan başkasına ağır gelir.
Müəllim
Hüquq
04.04
50 kütüphaneci puanı
497 okur puanı
Mart 2022 tarihinde katıldı
Çox az qaldı...
"Qarmaqarışıq" Nəimi
Reklam
Tezliklə kitab evlərində... "Qarmaqarışıq" Nəimi
"Qarmaqarışıq" Nəimi Tezliklə... instagram.com/qarmaqarisiqoff...
Yeni Kitap

Nəimi

, bir kitabı yarım bıraktı
%5 (41/786 syf.)·
Beğendi
Ayətullah Meşkini Ərdəbili
10/10 · 11 okunma
Qətiyyən oxumağı tövsiyə etmirəm.
5/10
·250 syf.··
Beğendi
·
2024 3. kitabı
·
9 günde okudu
·
Okunma: 17 Şubat 2024 20:38
İlk öncə onu qeyd edim ki, bu təhlili bədii kitab oxumağa elə məhz E.Elatlının əsərləri ilə başlayan biri kimi yazıram. Bir çox müzakirə dairələrində Elxan bəyin kitablarının qınandığına şahid olmuşdum. Tərəfsiz mövqe tuturdum, çünki həm bəyənirəm kitablarını, həm də razılaşıram ki, intim məsələlər üzərinə qurulur hadisələr. Amma onu da nəzərə alırdım ki, xəyanətlər intimlik üzərinə qurulur 80 faiz, buda hekayə yazmaq üçün imkan verir yazıçıya. Bu kitabı isə təsadüfi olaraq oxumağa başladım. Arada bir çox əsərini oxumamışam yazıçının. Və sonluqdan başqa heç bir yerini bəyənmədim. Verdiyim xalda sonluq və yazıçının əziyyəti ilə bağlı idi. Kitabı oxumağa başlayandan sonra 150-160-cı səhifələrdə artıq insanlardan nifrət eləməyə başladım. Elə təsəvvür yarandı ki, hər bir Azərbaycan qadını və kişisi öz yoldaşlarına xəyanət edir. Pozğun qadınları ya mənəviyyatsız kişiləri anladım, amma kitabda elə bir fikir aşılanır ki, sanki elə tərbiyəlisi də, şəxsiyyətlisi də gecə gündüz ehtirasdan yanır, ağzı su axaraq ona buna cumur. HEÇ KƏSƏ OXUMAĞI TÖVSİYYƏ ETMİRƏM. Heç nə itirməzsiniz. Yaxşı cəhətini də qeyd edim ki, arada kişinin qadından üstün olmamağı fikrindən danışıldı, namus sadəcə kişiyə aid deyil məsələsi açıldı, bəyəndim. Amma yekunda obrazlar və yazılan digər düşüncələr hər şeyi bərbad etdi. Hə bir də dedektiv kitab olaraq gedişatı bəyənəcəkdim, çünki müxtəlif fikirlər, ssenarilər qurmağa vadar edirdi. Amma sonda onu da anladıq ki elə yazıçı "obraz" diliylə səhv şeylər danışıb bizə, boş boşuna biz də düşünmüşük. Ona görə də yekun nəticə olaraq bunu da sevmədim. Sadəcə və sadəcə sonda Q.Qasımlının təqsirkar barəsində verdiyi qərarı alqışlayıram onun timsalında da yazıçımızı. Susan Qadın Elhan Elatlı
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022571 okunma