Bir kiçik hekayə daha bitdi. Əziz və Amid, onların faciəsi... Kitabın hekayəsi, insanı qəfil yanıltması çox möhtəşəm idi. Sadəcə bilmədim, tərcümədənmi ya yazıçının hekayəni "oldu-bitdi" yə gətirməsindənmi kitabın bu möhtəşəm hekayəsinə kölgə saldı.
Oxumağa dəyəcək bir kitabdı, amma tərcüməyə göz yuma biləcəksinizsə. Türkçə olan kitabın diliylə öz dilimizdəki nəşri müqayisə etdikdə təsvir və nəsr dilində çox fərq vardı.
Amma qısaca müəllif çox kiçik bir əsərlə insanın qəlbinə, duyğularına toxunmağı bacarıb. Amidlə Əzizin hekayəsini ötürməyə müvəffəq olub. Tərz olaraq Xalid Hüseyninin kitablarına bənzəyirdi.
Portağal BağıLarry Tremblay
Portağal BağıLarry Tremblay · Nebula Publishing House · 2023192 okunma
Görəsən elə biri varmı ki, qarşısındakının əxlaqsız olduğunu zənn edib onunla izdivaca razı olsun?
İlk olaraq kitab barədə fikirlərimi yazmaq istəyirəm.
Kitabı oxuyub sona çatdırdığıma dəydi. Xoş və qəlboxşayan bir hekayəyə şahidlik etdim. Sadəcə ilk başlar qeyri-mövzular çox sıxırdı məni. Tərcümə məsələsinə gəldik də isə bir daha əmin pldum ki, Teas Press nəşriyyatı bu işdə peşəkarlarla işləyir. Çünki kitabı dilimizdə oxumağıma baxmayaraq tərcüməçi qətiyyən türk yazıçısının, Gürpınarın üslübuna xələl gətirməyib.
Qəhrəmanımız İrfan Qalib Türk insanlarının arasında cahillik hökm sürdüyü dövrdə öz düşüncəsi, müasirliyi ilə hər zaman seçilən biri olur. Amma eşqdən yana heç bir zaman bəxti gətirmir. Ta ki, Fəriha adında bir qızın üzünü görmədən məktublarına aşiq olana qədər...
Fəriha isə Türk qadınlarının məhdudlaşdırıldığı, əşya kimi görüldüyü dövrdə sərbəstliyi ilə hər zaman seçilən qızlardan olur.
Bu iki gəncin izdivacına dünyanı alt-üst edəcəyi barədə xəbərlər yayılan quyruqlu ulduz "Halley" vəsilə olur. Amma Fərihanın ilk məktubunu alan İrfanı o andan nə dünyanın dağılması nə də quyruqlu ulduz maraqlandırır. Sadəcə məşuqəsi ilə qovuşmaq və özünü ona sevdirmək istəyir.
Hətta bu hisslərinə Fəriha barədə başqa insanların anlatdığı gerçəklər belə maneə ola bilmir. Quyruqlu Ulduz Altında İzdivacHüseyin Rahmi Gürpınar
Ümid edirəm, bu kitabı son dövrlər eşq hekayələri oxumağıma vəsilə olan insan da bəyənər.
Hər kəsə salam. Uzun müddət idi ki, kitablardan uzaq qalmışdım. Gündəlik işlər, həyatımdakı müsbətə doğru dəyişikliklər imkan vermirdi. Hətta neçə səfər yeni bir kitaba başladım, seçimlərim uğursuz oldu deyə hər dəfə yarımçıq buraxdım. Əvvəl etməzdim...
Sevimli yazıçım, Zweig isə məni yenə özünə bağladı və bu dəfəki kitabı sonacan oxuyub bitirdim. Qəlbimin bağlı olduğu birinin məsləhəti ilə başladım.
Açığı bu səfər, Zweig möhtəşəm cümlələri və təsvir qabiliyyəti ilə deyil də, kitabı əhatə edən üç kiçik hekayə ilə özünə bağladı.
İlki Rahel ananın Allah ilə hesablaşmasıdır ki, çox mənalı idi məncə. Tanrının mərhəməti və insanların vəfasızlığı ilə pərçimlənmiş axmaqlıqları çox gözəl nəsrə çevrilmişdi.
İkinci hekayəmiz Nuhun üçüncü göyərçini barədə idi. Dünya nemətlərinə alüdəçi olub geriyə qalan önəmli məsələləri, mənəviyyatımızı unutduğumuz və insanların Tanrının bizə bəxş etdiyi bu fani dünyada, imtahanımızı vermək yerinə quru torpaq naminə bir-birimizi necə qırdığımız bizə Stefanın qələmiylə çatdırıldı.
Son hekayədə isə bir unudulmuş şəxsin timsalında bir çox dərin məsələlərə dalıb düşündüm. Virata gah insanın qədərinə insanın qarışmamalı olduğu qənatəinə gəlir, sonra öldürməyin istər cihad, istər tamah məqsədiylə fərq etmir günah olduğunu düşünür. İnsanlarla ünsiyyətin onu istəmədən də olsa günaha qərq etdiyini anlaylr və hər ksəsdən uzaqlaşır. Sonda isə bunun da kimlərəsə təsir etdiyini, ən düzgününün vəzifəli, hakimiyyət sahibi və yaxud dahi, hikmətli biri olmaq yerinə sadə, kiçik bir adam olub da yaşamaq olduğunu anlayır və elə də ömür sürüb ölür. Bu hekayə hər oxucunun baxış bucağından fərqli qiymətləndirilə bilər.
Rahel Tanrı’yla HesaplaşıyorStefan Zweig
"İdealist Öğretmen".
Yazıçının qələmiylə ilk dəfə tanış olurdum. Kitabı oxumağıma vəsilə olan şəxsə isə xüsusi təşəkkürümü bildirirəm. İlk üçün mükəmməl seçim idi.
Petrovun qələmi həqiqətən çox kəskinmiş və qələmi kəskin yazıçılar hər zaman bir nömrəli seçimim olub. Yaşadığı dövr bir əsr əvvəl olsa da, öz dövrüylə bağlı qınadığı hər bir nüans, çatışmazlıq bugün bizim cəmiyyətimizdə də mövcuddur deyə düşünürəm. Buna görə də kitab hər zaman üçün aktual bir mövzunu özündə əhatə edir.
Biz insanlar hər zaman bir düşüncədə oluruq : "Mənə qalıb, nəyisə dəyişmək?" Elə bu bizi yoran və bezdirən durumun, vəziyyətin heç bir zaman dəyişməyəcəyi anlamına gəlir. Çünki hər birimiz məsuliyyətdən qaçırıq. Aciz məxluq olmağımızdan irəli gələn zəifliklər... Petrov bu kitabla öz millətinin hətta vəzifə sahiblərinin gözünü açmaq istəyib. Amma görürəm ki bunu bacarmayıb. Çünki insanlıq üçün ən rahatı köləlikdir.
İdealist ÖğretmenGrigory Petrov
İlk olaraq qeyd edim ki, bir aydan uzun müddətə bitirməyimə səbəb, müəllifi çox sevməyimdir. Yazı tərzi mənə görə möhtəşəmdir. Bu səbəbdən də kitabı çox yavaş-yavaş həzz alaraq oxudum.
"Efsane" və "Genç Elitler" seriyalarından sonra "Warcross" seriyası da xoşuma gəldi. Düzdü mənə görə boşluqları da var idi. Xüsusən də kitabın fantistikanın zirvəsi olmağı, canlandırmağımda xüsusi çətinlik yaratdı. Amma film olsa çox gözəl olar deyə düşünürəm.
Bu janrın çox oxucular yərəfindən bəyənilmədiyini, qınanıldığını bilirəm. Amma mən elə düşünmürəm. Bəzən xəyallara dalmaq, yeni dünyalar oxumaq da gözəldir. Ümumiyyətlə hər tərzin öz yeri var mənim fikrimcə.
Tezliklə ikinci kitabı da aoxuyub seriyanı bitirməyi hədəfləmişəm. Oxumaq istəyənlər rahatlıq başlaya bilər. Warcross - Bir Sanal Gerçeklik OyunuMarie Lu