Sən onun, bu tükənməz xəyalın ağır bir gərginlik içərisində, nəhayət, yorulduğunu, tükəndiyini hiss edirsən. Çünki, sən artıq əvvəlki adam deyilsən. Yetişib möhkəmlənmisən, köhnə fikir və arzularından uzaqlaşmısan. Onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdır. Əgər başqa bir həyat yoxdursa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa
məcbursan.