Sənin xoşuna gəlməyən bir işə başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da alınmırdı. Beləliklə də özüm öz işimə inamımı itirirdim, tərəddüd edirdim, ümidsizliyə qapılırdım. Mən yaşa dolduqca, heç nəyə yaramadığımı sübut edən dəlillərin sayı çoxalırdı. Tədricən müəyyən mənada haqlı olmağa başlayırdın.