Türkan Zade

Türkan Zade
@nortlights
Heç kim güclü və ya zəif, iradəli və ya iradəsiz doğulmur. Gücü də, şüur aydınlığını da əzab və əziyyətlə əldə etməlisən. Tale insanın içində deyil, onun ətrafında dolanır.
Sayfa 179·Kitabı okudu
Reklam
Həyatı sevmək - geriyə baxmadan, axırını düşünmədən yaşamaqdır. Qadınları, ölkələri dəyişmək, macəralara can atmaqdır. Bir sözlə, fəaliyyətdə olmaq, nəyisə dəf etməkdir. Həyatın ağız qamaşdıran və tünd dadını duymaqdır
Sayfa 168·Kitabı okudu
Xoşbəxtliyi nə uzatmaq, nə də qısaltmaq olar. Xoşbəxtsən, vəssalam. Hətta ölüm də xoşbəxtliyə əngəl deyil, o, sadəcə oyun qaydalarına daxil olan bir təsadüfdür.
Sayfa 165·Kitabı okudu
Katrin, heç vaxt heç nədən üz döndərmə. Sənin saysız yaxşı cəhətlərin var, onların ən qiymətlisi - xoşbəxtlik hissidir. Təkcə, xoşbəxtliyin kişi ilə birgə gələcəyini gözləmə. Nə qədər qadın bu cür səhvə yol verir! Xoşbəxtlik - sənin özündədir, yalnız o gələnə qədər gözləmək lazımdır.
Sayfa 136·Kitabı okudu
Adətən, insanlara vacib bir qərar qəbul etməmişdən və həyatlarını kəskin dəyişməmişdən qabaq harasa hamıdan uzaq bir yerə çəkilmək lazım gəlir; bax ancaq tənhalıq və qərarsızlıqdan zəhərlənmiş Merso öz həyat oyununda yeni gedişi oynamaq üçün daha çox dostluğa, etibara və səmimiyyətə ehtiyac duyurdu.
Sayfa 100·Kitabı okudu
Reklam