Narmin Asadullayeva

Narmin Asadullayeva
@nsdllyva
Özüm haqqımda uzun bir "məqalə".
Buralarda yox idim. :') Düzünü desəm, çox yorğun hiss edirəm. Amma bir məqsədim var mənim. Özümə gəlmək. Yaxşı, bəzən düşünürəm ki, pul, sevgi, ailə boş şeydir. Çünki nə qədər ağıllı olursan, ol, nə qədər varlı da olsan, kasıb da olsan, axmaq da olsan, əvvəl axır öləcəksən. Bu düşüncə ilə bir boşluğun içində idim. Özümlə bir müharibədə idim. Qalib olan isə... heç kəs. Çünki anlamağa başlayıram ki, ölümüm boşuna olmamalıdır. Bir məqsədim var. Amma bu çox şaxəli və böyük bir məqsəddir. Özümü çox şeydə sınamaq istədiyim, mənə maraqlı gələn hər şeyi yoxlamaq kimi nəzərdə tutduğum şeydir. Məsələn, gitara çalmaq, kiçik bir biznes açıb oranı işlətmək, origami - kağız qatlama sənəti ilə bağlı bir masterklass təşkil etmək, səsli kitab kanalı açmaq, yazıçı olmaq, saçımı istədiyim kimi kəsmək və sairə...və sairə... Çox dəxlisiz gəldi bunlar, bilirəm. Gerçəkləşdirməsi isə çətindir, çünki əgər ailəmi bir dövlət kimi təsvir etsəydim, deyərdim ki, kommunism və diktatorluğun baş aldığı bir dövlətin vətəndaşıyam. Hər istədiyimi edə bilmədiyim üçün çox çətin və çox dolu bir istəkdir... Amma anlayıram. Anlayıram ki, həyatın boyunca hər kəs sənin yanında olacaq deyə bir şey də yoxdur. Səni səndən başqa heç kəs anlamayacaq. Doğmaların belə. Bu çox şaxəli məqsədimi gerçəkləşdirmədən... bu həyatdan getmək istəmirəm... Həqiqi anlamda öz adımın mənası qədər parıldamaq istəyirəm... Və... yaxşılığımı istəyən bir nəfərin də dediyi kimi... parıltım süni olmamalıdır.
Narmin Asadullayeva
Çox emosionalsınız yəqin ki, çalışın bəzi şeyləri daha az düşünün və hərəkətə keçin, bir kitabda da oxuduğumdan yola çıxaraq həyatınızda öz həyat bankanıza birinci böyük daşları yerinə doldurun, sonra çınqılları, sonra qum və sonda su.. Birdən çınqıl, qum və su ilə dolsa o banka, böyük daşlara yer qalmaz,,.. Həyatda bir çoxumuz bir çox şey istəyirik, amma istəklərimizi rahat həyata keçirə bilsəydik əgər həyat bu qədər maraqlı olmazdı deyə düşünürəm, ailənizdən tutmuş ən xırda nüansa qədər hər şey sizi daha da mübariz edir, mübariz olun və hərkətə keçin.Hər şey daha yaxşı olacaq..🤲
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!