Sənin indi öz yan-yörəndəki adamların içində mənim yoxluğumu duyduğuna inanmaq istəyirəm. Yanında görmədiyin o adam üçün sən bu dünyanın ən böyük dəyərisən. İnan mənə, sənin bunca dəyərli olmağın mənim əməyim deyildir. Ancaq mənim öz qavramımda sənin kimliyinə verdiyim dəyər, sənə belə yanaşmağım, sənə sevimli bir oyuncaq kimi yanaşmaq istəyənlərin davranışlarından çox-çox seçilir. Onlar üçün bu seçim çox asandır və bütün bunlar, onların sənə yiyələnmək istəklərini doğrultmağa hesablanmışdır.