10/10
·52 syf.··
2024 18. kitabı
·
33 saatte okudu
·
Okunma: 23 Ağustos 2024 23:00
Kitabda iki qısa hekayə yer alır. Hər ikisi barədə ayrıca yazacam. "Qırmızı alma"da həyat yoldaşından boşanmağa çox yaxın olan və bunu azyaşlı qızına deməyə çalışan bir atanın dilindən oxuyuruq hadisələri. Onun düşündükləri, xatirələri çox axıcı tərzdə çatdırılır oxucuya. Bir qırmızı almanın onun yadına saldığı xatirə isə çox gözəl təsvir olunmuşdu. Bu təsviri Svayqın "Şahmat"ındakı oğurluq səhnəsinə bənzətdim. Ümumilikdə, kiçik hekayədə elə dərin cümlələri yerləşmək də xüsusi təcrübə və istedad tələb edir. Bu səbəbdəndir ki, çox sevirəm Aytmatovun qələmini. "Oğulla görüş" də yenə bir atanın xatirələri ətrafında cərəyan edir. İllər öncə edilmiş səhv, illər boyu bu səhvlə yaşamaq və qəfil o səhvi "düzəltmək" üçün edilən cəhd. Hekayəni belə xülasə etmək olar. Hər iki hekayəni bəyəndim, oxumağa dəyər. Aytmatovun kitablarının hamısını birdən oxuyub bitirmək istəmirəm ki, yavaş-yavaş həzz alım)). Növbəti kitabda görüşənədək :)
Kızıl ElmaCengiz Aytmatov · Ketebe Yayınları · 20215,5bin okunma
7/10
·208 syf.··
2020 43. kitabı
·
10 günde okudu
·
Okunma: 23 Kasım 2020 17:33
Bir insan üçün ən çətin şey insan olaraq qalmaqdır. Bu cumlə Ç.Aytmatovun vəsiyyətinə əsasən onun məzarında qeyd olunub. Qırğız ədəbiyyatının ruhu Nobel mukatı alan görkəmli yazıçı Çingiz Aytmatovun əsərləri 170 dən çox xarici dilə tərcumə olunmuşdur. Ədibin əsərlərinin dili olduqca sadə və anlaşılandır. Movzu baxımından isə dərin düşündürücü məna kəsb edir. Bu kitabda 10 hekayə yer alıb.Kitaba daxil olan hekayələr "Baydamtal çayında", "Oğulla görüş", "Köçəri quşların göz yaşları", "Balaca əsgər", "Ağ yağış", "Dəhnəçi", "Qırmızı alma", "Buynuzlu ana maral", "Manqurt əfsanəsi", "Öldürək-öldürməyək". Əsərlərində Qırğız mədəniyyəti ,milli ideyalar, sadə insanların həyatı , sovet hakimiyyətinin zülmləri insanlara milli kimliyini unutdurma cəhdləri və başqa məsələlərə toxunmuşdur.
HekayələrCengiz Aytmatov · Altun kitab · 201462 okunma