- Utanın e, utanın! Elə içi mən qarışıq hamımız utanaq ki, məhəlləmizin bir qazisini yaşada bilmədik. Bizdən pul-zad istəmirdi ki bədbəxt oğlu, bircə xoş söz istəyirdi, onu da çox gördük. - Burda üzünü tabutu qucaqlamış Mehparə arvada tutdu, - Mehparə, ay Mehparə, indi burda sən də, oğlun da, qızın da yalandan zır-zır zırıldayırsınız, amma ona sağlığında qayğı göstərsəydiniz, özünə qıymazdı...