Xatirələrin ən gözəl yanı onlara istədiyiniz zaman qayıda bilməyinizdir.Heç kim onları sizdən ala bilməz,sizə qarşı çıxa bilməz..
Amma bəzi xatirələr var ki,onlara hər baxdığın zaman biraz daha dəyişdiyini görürsən..Yox..Bilmirəm bəlkədə dəyişən bizik..Həyata qarşı baxışlarımız hansısa hadisənin gözümüzdəki yerini dəyişə bilir..Çünki əgər xatirələr dəyişibsə,onlardan əvvəl sən dəyişmisən deməkdir..
Bu illər ərzində öyrəndiyim tək şey varsa,o da bir şeyləri doğru etmədiyimizdir.Davamlı olaraq çalışırıq,işləyirik..Bizə lazım olmayan,ehtiyac duymayacağımız şeylər aldırılır.Bir sürü israf içində dünyanı kirlədirik..Yox,mənim müdafiə etdiyim şey kasıb həyat deyil..Sadə həyatdır..