Eser tehlilim-Böyürtkənli qış
Puan vermedi·328 syf.··
2025 2. kitabı
Bu əsər oxuduğum ən gözəl əsərlər siyahısına girdi. Heqiqeten de şedevrdır. Əsərin xülasəsi (spoiler var ) Əsər həm Vera, həm də Klerin dilindən yazılmış 20 fəsildən ibarətdir. 1933-cü il may ayında qarlı bir gündə övladını itiren bir ana, hansı ki onu axtarıb tapmaq üçün her şeyi etmeye razı olan bir qadın- Vera Rey. Sevdiyi adamı belə tərk edə biləcək qədər onu düşünür. Kler OLdric isə 2011-ci ildə may ayında bu cinayətin axtarışına düşən gənc . Çətinliklərlə qarşılaşmasına baxmayaraq əzmlə bu işi sona çatdıran, bütün səbəbləri araşdırıb tapan bu gənc qadın ailə həyatındakı faciəvi(uşaq itirmek-2010) hadisələrə və evliliyinin sona çatma qorxusuna rəğmən motivasiyadan düşmədən,ümidsizliyə qapılmadan qarşıya qoyduğu məqsədinə nail olur.Heyat yoldaşı Etan uşağının ölməsi səbəbindən əvvəllər çox sevdiyi Klerden bir müddət soyuyub Kassandra ilə yaxınlaşır.Sonda peşman olur.Kler ilə yeni həyata başlayır.Bu müddət ərzində isə Kler Vera və Deniel faciəsinin üstünü açır.Belə ki,Vera 1929cu ildə tanış olub çox sevdiyi Çarlzla(Veranı tanıdıqdan sonra kasıblara baxış bucağı deyişir ve xeyirxahlıq etmeye çalışır-meselen,veranın qonşusuna)sevgili olduqdan sonra Çarlzın bacısı Cozefina bunları görür ve Veranı ailəsinə yaraşdırmır.Ona görə də Çarlz Veranı evine devet edib ailesiyle tanış etmək istəyəndə Cozefina orada Veraya Çarlzdan uzaq durmasını yoxsa Çarlzın mirasının ondan alınacağını deyir.Vera da uzaqlaşır(2aylıq hamile idi Deniele,lakin bunu Çarlza demekden imtina edir artıq.)Deniel 3 yaşında olanda isə Cozi onu qaçırır.Vera onu axtarmaq üçün Lon Edvardsa sığınır çaresiz olaraq lakin o Veraya qarşı düzgün hereket etmir.Vera mecbur qalır Çarlzla görüşmeye(4 il sonra)artıq Çarlz evlenmişdi Eleyn adlı xanımla.uşaqları olacaqdı.Vera bura gelende eslinde DEniel ele
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
"Böyürtkənli qış"
10/10
·328 syf.··
2025 6. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Ocak 2025 00:15
Sarah Jio Kitabın o qədər təsiri altındayam ki,necə və hardan başlayacağımı bilmirəm. Kitab elə ilk cümlələrindən "Oxu məni!" deyərək oxucunu özünə cəlb edir.Romanın mövzusunun mərkəzində analıq emosiyası durur.Vera ilə Klerin ağrısını,onların qorxunc sınaqlara məruz qalmasını insan realmış kimi yaşayır. Qısa olaraq deyim ki,Sietldə Vera adlı qadın kirayə tutduğu balaca evdə 3 yaşlı balaca oğlu Deniellə yaşayır.Məcburiyyətdən işə-oteldə gecə növbəsinə gedərkən oğlunu evdə tək qoyur.Öpüb,qucaqlayıb evdən çıxır.1933-cü ilin may ayında.Səhər isə yaz fəslində şəhərə qar yağır.Elə bir qar ki,sanki qışın oğlan çağını xatırladır.Vera işdən çıxıb tələsik evə gəlir.Lakin oğlunun evdə olmadığını görür.Nə qədər axtarsa da ,axtarışları heç bir nəticə vermir.Hadisənin üstündən az qala 80 ilə yaxın vaxt keçir və yenidən may ayında Sietldə yenidən möhkəm qar yağır.Kler Oldric adlı müxbir xanım redaksiyadan qar tufanı haqqında məqalə yazmaq tapşırığı alır.Və nəhayət,Klerin möhtəşəm təhqiqatları,tükürpədici və dəhşətli hadisələrin üstünü açmağı oxucunu rahatladır. O qədər möhtəşəm roman idi ki.Bir tərzi də çox sevdim yazarda:bir bölmədə indiki dövrdən,digər bölmədə 80 il öncəki dövrdən yazır.Və hər bölmənin sonunda oxucunu intizarda saxlamağı bacarır. Hər kəsə xoş mütaliələr. #böyürtkənliqış 10/10
Edebiyat & Roman
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma