Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Orkhan

Orkhan
@orkhanjafarli
biraz nacizanə..
Kənddə, deyəsən, Mariyə rəhm etməyə başlamışdılar; heç olmazsa daha uşaqlara onun yanına getməyi qadağan etmir və onları əvvəlki kimi danlamırdılar. Mari daim mürgüləyirdi, çox narahat yatırdı: bərk öskürürdü. Qarılar daim uşaqları qovurdularsa da, onlar pəncərəyə yanaşırdılar, bəzən ancaq "Bonjour, notre bonne Alane" demək üçün bir dəqiqəliyə ayaq saxlayırdılar. Mari isə onları görən kimi, yaxud da səslərini eşidən kimi cana gəlir, qarıların sözünə baxmayıb, elə o saat dirsəklənməyə çalışır, başını tərpədib uşaqları salamlayır, onlara təşəkkür edirdi..