Niyaməddin Öz

Niyaməddin Öz
@ozkitab
Ayrılıq ölümdən betərdir Sənsiz də yaşamaq olurmuş Kitablarının müəllifi
Kitab haqda fikirlərim
Çox gözəldir ilk öncə insanı özünə çəkir oxuduqca oxumaq isdəyirsən axıcılığ əla dialoqlar çox yaxşıdır sonunu düşünürsən ki nə olacağ bir sözlə əladır Hər kəsə oxumağı məsləhət görürəm yazara uğurlar
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Sənə xitab edəni Səni kitab edənə Dəyişmisən, unutma.
Sayfa 10
Alıntı
8/10
·143 syf.··
2025 13. kitabı
Salam dostlar. Günortanız xeyir, hər vaxtınız isə kitab olsun Bu gün sizə gənc və yeni yazarlarımızdan Niyəməddin Öz-Ayrılıq ölümdən betərdir əsəriylə gəlmişəm. Əsər ayrılığın insanda yaratdığı emosianal boşluğu oxuyucuya çatdırır. Əsərdə mövzular başlıqlar altında bölünür.Hər başlıqda sevginin yaşatdığı hər iki duyğu-kədər və sevinc öz yerini alır. Əsərdə başlıqlara uyğun sevilən şeir və ifadələrdən istifadə edilməsi əsərə ayrı bir gözəllik qatıb. Bir neçə iradım olacaq.Bəzi hissələrdə paradoks ifadələr diqqətimi çəkdi.Bu ifadələrin eyni başlıq altında işləmək yerinə fərqli hissələrdə işlənməsi daha uyğun olardı.Məsələn bir hissədə "sən məndə acı xatirə olaraq qalacaqsan" dedikdən 2 cümlə sonra "sən məndə şirin xatirə olaraq qalacaqsan" deyir. belə fikirlər fərqli başlıqlar altında fərqli yanaşmayla işlənməliydi.Məncə bu şəkildə hər başlıq fərqli yanaşmayla yazılsa daha çox oxucu kütləsi çəkər. Və son olaraq şeirlər üstündə birazda çalışılmalıdı deyə düşünürəm. Ancaq bunun yazarın ilk kitabı olduğunu nəzərə alsaq məncə uğurlu iş çıxardıbHər oxucunun ən azı bir cümlədə özünü tapacağı bir kitabdır. Yazıçımıza yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm.Əminəm ki, gələcəkdə daha gözəl uğurlara imza atacaq.Qələminizə əməyinizə sağlıq! Qüsursuz kitab yoxdur!! Qüsurlarıyla sevin kitabları! Kitabla qalınSalamat qalın!
Ayrılıq Ölümdən BetərdirNiyaməddin öz · Çardaq Neşriyyat · 202516 okunma