Qoyacaqsansa əgər,
Qəlbinə qoy məni.
Getdiyin hər yerə apar
Yorulmadan, bezmədən.
Qoyacaqsansa əgər,
Xəyallarına qoy məni.
Hər sabahına ümid olum
Tükənmədən, bitmədən.
Qoyacaqsansa əgər,
Gözlərinə qoy məni.
Yollara baxışında
Həsrət olum, özləm olum.
Qoyacaqsansa əgər,
Bir uşaq sarılışına qoy.
Ən sevimli oyuncaq kimi
Nə paylaş, nə kimsəyə ver..."