Ayın hərəkətini izləmək onun yox, astronomlann işidir. O isə ömrü
boyu yolundan çıxmış adamlan izləməklə məşğul olmuşdu.
Ay öz yolu ilə gedirdi və heç kəsin həyatına mane olmaq fikrində deyildi...
Ev sahibəsi Qasımlı ilə müqayisədə daha qaraqabaq idi.
Sanki üzündən zəhrimar tökülürdü. Onun sifəti, nədənsə,
Qasımlıya at sifətini xatırlatdı və düşündü ki, maraqlıdır, at
özü çox gözəl
heyvandır, amma kiminsə sifətinin at sifətini xatırlatması
heç də ürəkaçan olmur.
-"Xəyanət? Əlbəttə, xəyanət! Xəyanət
təkcə gizlicə başqa qadınla görüşmək deyildi ki? İçində iblis
xisləti gəzdirə-gəzdirə səni sevən qadına özünü mələk kimi
tanıtmaq, onu aldatmaq xəyanət
deyildimi?!"
İlahi cəmi iyirmi manata alınan və uzağı bir həftədən sonra zibil qutusuna atılacaq bir şey, neçə ildən bəri dərdin, kədərin üzüb yorduğu qadını birdən-birə necə xoşbəxt edə bilərmiş!...
Sadə bir gül dəstəsi... Deməli məsələ onun qiymətinin ucuzluğunda , ömrünün qısalığında deyilmiş. Özüylə gətirdiyi diqqətdə, qayğıda, hörmətdə, istəkdə, sevgidə imiş.Və bunlar heç də ucuz şeylər deyildilər. Nə ucuz, nə də qısa ömürlü. Bunlar bəzən milyard manatları xərcləməklə tapılıb alına bilməyəcək, nadir mənəvi sərvətlər idilər.