İlahi cəmi iyirmi manata alınan və uzağı bir həftədən sonra zibil qutusuna atılacaq bir şey, neçə ildən bəri dərdin, kədərin üzüb yorduğu qadını birdən-birə necə xoşbəxt edə bilərmiş!...
Sadə bir gül dəstəsi... Deməli məsələ onun qiymətinin ucuzluğunda , ömrünün qısalığında deyilmiş. Özüylə gətirdiyi diqqətdə, qayğıda, hörmətdə, istəkdə, sevgidə imiş.Və bunlar heç də ucuz şeylər deyildilər. Nə ucuz, nə də qısa ömürlü. Bunlar bəzən milyard manatları xərcləməklə tapılıb alına bilməyəcək, nadir mənəvi sərvətlər idilər.