• Bir sevdaya tutulanda hara qədər gedəcəyini düşünmür insan, yox, əslində düşünə bilmir. Unudulmaq, adiləşmək istəməsək də bu baş verir. Hay-küylə, həyəcanla, dəli bir sevgiylə həyatımıza girən qadınlar, günün birində də sakitcə, dərin bir iz buraxaraq çəkilib gedir və yadlaşır. Bitməməyini istədiyimiz gözəl bir film kimi bütün sevgilər də bir gün sona çatır. Əbədi sevginin varlığına inamımı çoxdan itirmişəm...
  • Bir qadın uşaqdır əslində,
    Uşaq kimi davranmağı sevər..
    Kişinin ona bir uşağa göstərdiyi şəfqəti göstərməsini də istər..
    Amma hər qadın uşaq da olsa dinlənilməsini, diqqətə alınmasını istər..
    Yəni bir qadının uşaqlıq etməsinə icazə verəcəksiniz, amma əsla onu bir uşaq kimi əsla görməycəksiniz!..

    Bir qadın güclüdür əslində..
    Hətta kişilərdən çox daha güclüdür..
    Amma bu gücünü hər zaman ortaya qoymağı sevməz..
    İstər ki, kişinin gücü ona hüzur versin,
    Özü özünə edə biləcəyi şeyləri belə kişinin etməsini gözlər..
    Beləcə həm daha qadın olduğunu hiss edəcəkdir , həm də qarşısındakının nə qədər güclü olduğunu görəcəkdir..
    Ancaq qadın gücünü göstərmək istədiyində ona qarşı çıxa bilməzsiniz, etmək istədiyi bir şey varsa mütləq edər..

     
    Bir qadın yalnızdır əslində..
    Heç bir zaman qadını bütünlüklə əldə edə bilməzsiniz..
    Özünə aid bir dünyası vardır və orada hər zaman yalnızdır..
    O dünyaya kimsənin girməsinə izin verməz, heç bir açar o dünyanın qapısını aça bilməz..
    Yalnızlıq onun sığınacağıdır, o sığınacağa nə zaman girəcəyinə , nə qədər qalacağına həmişə özü qərar verər..

    Bir qadın bilgidir əslində,
    Nələr edə biləcəyini kişi ağlı xəyal belə edə bilməz,
    Yaradıcılığının sərhədi yoxdur, amma bunu ortaya çıxartmağı üçün həyatının sevgisini gözləyər..
     
    Bir qadın həyatdır əslində,
    Çünki həyatın içində olan hər şey ancaq qadınlar olduğunda anlam qazanır..
    Yümək yemək, su içmək belə..
    Bir qadının əlindən içdiyiniz suyla özünüzün stəkanı doldurub içdiyiniz su arasındakı ləzzət fərqini anlaya bilərmisiniz?
    Anlaya bilirsinizsə nə xoşbəxtsiniz.. Anlaya bilmirsinizsə çox heyif ki, yaşamırsınız...
  • Wolves and women have much in common. Both share a wild spirit. Women and wolves are instinctual creatures, able to sense the unseen. They are loyal, protective of their packs and of their pups. They are wild and beautiful. Both have been hunted and captured. Even in captivity, one can see in the eyes of a Women, or of a Wolf, the longing to run free, and the determination that should the opportunity arise, whoosh, they will be gone...
    Clarissa Pinkola "Women who run with the Wolves"
    (Qadınların və qurdların ümumi cəhətləri çoxdur. Hər ikisi yabanı ruhu paylaşırlar. Qadınlar və qurdlar instinktiv canlılardır, görmədən hiss edə bilirlər. Onlar sadiqdirlər, öz qurd sürülərini və öz balalarını qoruyarlar. Onlar vəhşi və gözəldirlər. Hər ikisi ovlanan və ələ keçirənlərdir. Hətta əsirlikdə belə azad olmaq həsrətini və fürsətin yaranması üçün lazım olan qətiyyəti bir qadının və ya bir qurdun gözlərində görə bilərsən... və sonda onlar qalib gələrlər
    Clarissa Pinkola "Qurdlarla çalışan qadınlar")
  • ..Bir halda ki,belə bir an yaşyacağına ümid etmirdin,onda sabah axşam bu anı yaxşıca dəyərləndir.Özün ol,onun xoşuna ancaq bu cür gələrsən.
    -Səncə qadınlar bu baxımdan bizdən fəqlənirlər?
    -Ətrafına dönüb baxmaq kifayət edər.
    Marc Levy
    Sayfa 30 - Saymon,Endryu Stilman
  • Qadınlar həyatın, var olmağın səbəbi ola biləcək qədər gözəldir. Arzu kimi şirindirlər.
    Ülvi Babasoy
    Sayfa 195 - Xan Nəşriyyatı
  • Əlif Şəfəqin avtobioqrafik əsəri olan "Qara süd" romanı yazıçının qızının dünyaya gəlişindən sonra düşdüyü postnatal depressiya nəticəsində heç bir şey yaza bilmədiyi on aylıq həyat dövründən bəhs edir.
    Yer üzünün bütün anaları kimi o da övladını bir müddət həyəcan və səbrsizliklə gözləyir. Onun gəlişini, ona toxunmağı, qoxusunu duymağı, oynamağı xəyal edir həmişə. Ancaq indi qucağında bir neçə günlük körpəsi var və ana özünü çarəsiz hiss edir. Daxilində sıxıntı var, dolub, sanki biri toxunsa, yaxud nəsə söyləsə, hönkür-hönkür ağlayacaq. Körpənin ağlamasından narahat olur, onun ehtiyaclarını duya bilmir. Günlərdir yuxusuz qalır, özünü bir qəfəsdə hiss edir. Bəzən hər şeyi atıb getmək keçir içindən, amma sonra böyük bir vicdan əzabı yaşayır.
    Bu, bir çox yeni ana olmuş qadınlarda baş verən vəziyyətdir. Uşaq dünyaya gəldiyi ilk 10 gün içərisində "Analıq hüznü" (bəzi mənbələr zahılıq, lohusallıq) dediyimiz duyğuların yaşanmasıdır. Həmin dövr bəzi analada qısa sürsə də, ağırlaşma hallarında bir ilə qədər davam edə bilir. Narahatlıqlar iki həftədən çox çəkərsə, artıq doğuş sonrası (Postnatal) depressiyadan şübhələnməyə əsas var. Ana müalicə almalıdır.
    "Qara süd" romanı Əlif Şəfəqdən oxuduğum ikinci roman oldu (Birinci "Eşq"i oxumuşdum). Etiraf edim ki, yazıçı bu dəfə də məni təsirləndirməyi bacardı. Əsəri oxuduqca artıq ana olmuş yazıçıların analıq-yaradıcılıq yolunda qarşısına çıxan problemlərin ortaqlığından, tanışlığından təsirlənməyə bilməzdim. Bu mənada Əlif xanım o qədər yaxın, o qədər doğma gəldi ki, bir ara əlaqə qurub söhbətləşmək istəyi keçdi içimdən. Amma söhbətə ehtiyac varmı? Əsərləri danışar yazıçıların yerinə. Oxucular da əsərlər vasitəsilə söhbət edərlər onlarla.
    Əlif Şəfəq çıxışlarından birində qeyd edib ki, 10 aylıq depresiyya müddətindən xilas olduqdan sonra təxminən 2,5 ay müddətində yazıb "Qara süd" romanını. Maraqlı süjet qurub yazıçı, eyni zamanda nağılvari xarakterlər də (6 barmaq qadınlar) yaradıb.
    Əlif xanım romanını yazarkən Virciniya Vulfun "Özünə aid bir otaq" essesinin təsirində qalması nəzərimdən qaçmadı. Əsəri oxuyarkən, hətta üslub oxşarlığının da fərqinə varırsan. Qadın yazıçıların bənzər qayğılarının işıqlandırılması, bir çox sevdiyimiz xanım yazıçıların nümünə kimi adlarının çəkilməsi və həyatlarından fraqmentlər təqdim olunması təbii ki, zövqümü oxşadı.
    Bütövlükdə, əsər çox faydalı əsərdir. Çünki yazıçı öz təcrübəsindən yola çıxaraq depressiya keçirən analara bu vəziyyətin nəinki səbəblərini və gedişatını, eyni zamanda çıxış yollarını, müalicəsini də göstərib.
    Xoş mütaliələr!
    @mumogluceylan