Kaş , qadın olardım.
Puan vermedi·216 syf.··
2026 23. kitabı
·
16 günde okudu
·
Okunma: 27 Haziran 2026 07:53
Sevgidə özünüzdən çox qarşınızdakını üstün görüb , tədricən özünüzü itirirsinizsə , oxuyacağınız doğru kitab budur. Və bu kitabı tək qadınlar yox həm də sevdiyi insan üçün dəyişməyi gözə alan kişilər də oxumalıdır. . Azad fikirli , həyat eşqi ilə dolu anasını 14 15 yaşlarında həyatına ögey ata obrazı daxil olandan sonra itirən yazıçı hər səhifədə anasının əvvəlki və sonrakı hallarını misallar göstərərək qadına özündən keçməməyin yollarını göstərir. Əvvəlki özü ilə həyatında daxil olan yoldaşı- Esradan sonrakı özünün necə olduğunu başa salır. Kitab qadınlara nəyi öyrədir? Bir münasibətdə enerjimizi qoruyub saxlamağı bacarmağı, yox deyə bilməyi, sevginin qollar və ayaqlarımızda zəncir olmamalı olmasını, özümüzə dəyəri, dişil gücümüzü itirməməyi, Qadınlığımızı qoruyub saxlamağı öyrədir.. Həm də bunu edən vaxt öz ailəsindən misallarla və söhbət ab-havasında edir. Xoş mütalieler.
1000Kitap
Keşke Kadın OlsamAykut Oğut · Doğan Novus · 2014864 okunma
8/10
·160 syf.··
2026 64. kitabı
·
10 saatte okudu
·
Okunma: 08 Haziran 2026 22:20
Senecanin teatrlarda sehneleşdirilen novbeti dram facie janrinda yazdiği bir eser . Bu eser Troialı Qadınlarin müharibənin amansızlığını, hədsiz istəklərin ağır bədəlini və həyatın naməlumluqları qarşısında insanın acizliyini ağılar vasitəsilə ifadə edərək, minlərlə il əvvəldən bu günə qədər çatdırır. Əsər məşhur Troya müharibəsi bitdikdən sonra baş verir. Troya şəhəri dağıdılıb, kişilər öldürülüb və sağ qalan qadınlar əsir götürülüb.Əsər müharibəni qəhrəmanlıq kimi yox, onun insanlara vurduğu dəhşətli zərbə kimi göstərir.Seneca burada Müharibənin qadınlar və uşaqlar üzərindəki təsiri,azadlığın itirilməsi kədər, yas və ümidsizlik,İnsan taleyinin qəddarlığı,güc və hakimiyyətin korlayıcı təsiri,ananın övladını itirməsinin ağrısı,qisas və mərhəmət mövzuları işiqlandirib
Troialı KadınlarSeneca · Türkiye İş Bankası Kültür Yayınları · 2009405 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·280 syf.··
Beğendi
·
2026 12. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Nisan 2026 00:00
Kitab bir sözlə əladır. Oxuduğum müddətdə heç bir hissəsində sıxılmadım. Həm faydalı məsləhətlər verir, həm də insanların çox vaxt diqqətdən qaçan xüsusiyyətlərini vurğulayır. Məncə, bu kitabı oxuyan qadınlar qarşı cinsi daha yaxşı anlamağa başlayarlar. Psixoloji mövzulu kitabları ümumiyyətlə sevdiyim üçün bu kitab da ən sevdiklərim arasında yer aldı.
Erkekler Neden Dişli Kadınları SeverSherry Argov · Butik Yayınları · 2016281 okunma
9/10
·68 syf.··
Beğendi
·
2023 2. kitabı
·
25 saatte okudu
·
Okunma: 16 Ekim 2023 00:00
Yazıçı doğum günündə ona gələn məktubları incələyərkən,diqqətini qalınlığı ilə çəkən məktubu oxuyur,bilinməyən bir qadın tərəfindən göndərilən məktubu."Modern klassiklər"ə aid olan bu kitab bir qadının məktubundan ibarət kiçikhəcmli əsərdir və birnəfəsə oxunub qutalması mümkündür. "Beni asla tanımamış olan sana" deyə başlayan məktubundan məlum olur ki,qadın daha kiçik yaşlarından etibarən binalarına köçən bu yazıçıya aşiq olub,ancaq onu sevdiyini hər zaman qəlbində gizləyib.Qadın onu sevdiyini ilk dəfə elə bu məktubunda etiraf edir,məktubda yazıçı ilə birlikdə olduğu günləri xatırlayaraq dərindən təəssüf hissi keçirir.Onu nə qədər sevdiyini,ancaq əsla görülmədiyini bütün dərin hissləri ilə ifadə edir.Ona sadəcə digər qadınlar kimi yanaşmasının nə qədər ağır olduğunu hiss etdirir. ️Yaxşı,bəs görəsən,yazıçı R. məktubunda onunla birkikdə keçirdiyi günləri təsvir edən,həyatını yazıçıya olan sevgisi ilə hədər edən bu qadını xatırlaya biləcək mi,yoxsa bu qadını da birlikdə olduğu digər qadınlardan biri kimi görəcək?
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,9bin okunma
10/10
·464 syf.·
2026 8. kitabı
Yəqin ki, gözümdə ən çox böyütdüyüm əsərlərdən biri ola bilər. Əsərdəki ailə ağacının genişliyi və adların çoxluğu göz qorxutsa da, oxuduqdan sonra obrazları üçün darıxdığım əsərlərdən biri oldu. Arcadio və Aureliano adlarından başqa ad yox imiş kimi ancaq bu iki adı nəsildən nəslə ötürməyə davam etdikləri üçün qarışıqlıq yarana bilir, amma əsərin içinə girəndə və obrazları yaxından tanıyıb xarakterlərinə bələd olduqda kimin kim olduğunu ayırd etmək mümkündür. Ursula – romanın nənəsi; ən çox bağ qurub darıxdığım obrazlardan biri oldu. Buendia soyadı bu qadının çiyinlərində yüksələn və illərlə kürəyindən ata bilmədiyi bir yükə çevrilir. Əsər magik realizm ünsürləriylə zəngin olsa da, obrazların qüsurları o qədər insani və real hiss etdirir ki, evin sakinlərindən birinə çevrilirsən. Ümumiyyətlə, Buendia ailəsində ailə anlayışı çox məhduddur. Hər bir obraz o qədər daxili dünyasına və öz tamahlarına qərq olur ki, ailədəki birliyi hiss edə bilmirsən, aralarında mütləq və aşılmaz sərhədlər var. Ailənin kişiləri bir qədər standart xəttlə gedir: Aureliano adını daşıyanlar introvert və sakit tipajı, Arcadiolar isə daha ekstrovert, impulsiv insan imicini təsvir edir. Qadınlar isə bir-birilərindən xeyli fərqlənirlər. Məsələn, Amaranta sırf Rebecca ilə ədavətindən bəslənərək özünü ömürlük tənhalığa məhkum etməklə kifayətlənməyib hələ onu qardaşı nəvəsinə də ötürmək istəyir. Nifrəti yaşamaqdan usanmayıb hələ gələcək nəsillərə ötürmək istəyən bu qadın, sanki kin və ədavətin insanı necə içdən çürüdüb məhv etdiyinin nümunəsi olaraq yazılıb. Digər obrazlar da öz yerində obsessiya, acgözlülük, sədaqətsizlik, radikallıq kimi insana xas, lakin zərərli xarakteristik özəlliklərin simvolu rolunda çıxış edirlər. Əsasən, hər birini uçuruma aparan şey bir-birilərinə hədsiz laqeyd
Yüzyıllık YalnızlıkGabriel Garcia Marquez · Can Yayınları · 202546,6bin okunma
10/10
·455 syf.··
Beğendi
·
2026 20. kitabı
·
13 saatte okudu
·
Okunma: 01 Mayıs 2026 11:54
Bu kitabı mən Universitetin ikinci kursunda aldım, amma sırf müəllifi haqqında məlumatı olduğumdan onun xətrinə alınan bir kitab idi. Bir kitabsevər olaraq, bu kitabı 2022-ci ildən bəri nə mövzsuna baxmış, nə də əlimə almışdım. Sanki, kitabdakı personajların taleyi kimi, kitaba qarşı içimdə qəribə bir biganəlik vardı. Kitab oxumaq həyatımın çox önəmli bir hissəsi olsa da, bu kitabı unutmuşdum. Dünən bir dostum keçiriləcək kitab klubunda bu kitabın müzakirəsi olacağını, mənimdə gəlmək istəyib-istəmədiyimi soruşdu. Məndə razılaşdım, eləcə də dünən əlimə aldığım bu kitabın dörd illik məndə olan lənətini qırdım. İnanın mənə, kitabı bir günə bitirdim və oxuduğum zaman əlimdən buraxa bilmirdim, sanki ordakı dünyada yaşayırmışam kimi, məni o qədər içinə çəkdi ki, ordakı obrazların halına ağlayır, qəhr çəkir, heyrətlənirdim. İndi isə kitabı oxuyacaq olanlar bu hissəni görməzdən gəlsinlər, yəni spoilər kimi düşünün. Hadisələri ilk səhifələrdə anası ilə ucqar bir kənddə kasıb bir daxmada yaşayan, Nanasının (anasına belə səslənirdi) acıqlı sözləriylə, Cəlilin hər həftə evlərinə cümə günü gəlişini səbirsizliklə gözləyən intizarıyla, evlərinə arada qonaq gəlib onlara pay gətirən Bibicanıyla, Molla Feyzullahın ona öyrətdiyi biliklərlə, quran oxumasıyla kiçik dünyasının içində yaşamını sürdürən balaca Məryəmin dilindən oxuyuruq. Kitabın ilk səhifəsində görürük ki, Nanasının ona dediyi “hərami” sözünün hələ uşaq dünyasına yad olduğundan mənasını anlaya bilmir. Beləcə, o sanki gələcək həyatından xəbər verən Nanasının gözü kimi baxdığı, nənəsindən qalan qabı əlindən salıb sındırması paramparça olacaq həyatına nişan verir və hərami olduğunu ilk dəfə anasından eşidir. Həyatın ağırılı günlərini yaşayan Nanası Cəlilin evində qulluqçu işləyərkən onun qeyri-qanuni şəkildə Cəlildən hamilə
Möhtəşəm qadınlar
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,6bin okunma