Qadın həyatı haqda bir neçə kitab oxumuşam və "Sonuncu qız" da onlardan biridir.
Müharibənin gətirdiyi faciələr, acı həqiqətlər və ədalətsizliklə dolu həyat.
Yezidilər İraqda yaşayan kiçik etnik qrupdur. Özlərinin dinləri və ənənələri fərqlidir. Bu baxımdan da İŞİD terror quruplaşmasının hədəfinə çevrilirlər. Nadiyə də yezidi ailəsində doğulub. O, İŞİD-in hücumu zamanı Koço kəndində baş verən hadisələri öz dili ilə danışır.Başına gələn müsibətləri dünyaya çatdırmaq, terrorçuları ədalət məhkəməsinə çıxarmaq istəyir. Bu gündə bunun uğrunda mübarizə aparır...