Rəd-22
•Rəblərinin razılığını cəlb etmək üçün səbir edən, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyən və pisliyi yaxşılıqla dəf edənlər. Axirət evinin gözəl aqibəti onlarındır. ✓Günahın əvəzini tövbə, pis işin əvəzini yaxşı iş, zülmün əvəzini əfv etmək, nalayiq sözün əvəzini salam, soyuqluğun əvəzini isti münasibət, özbaşınalığın əvəzini məsləhətləşməklə çıxaq: "Onlar pisliyi yaxşılıqla təmizləyirlər". ✓ Yəni ağıllı insanlar pis bir iş gördükdə, günaha yol verdikdə onu yaxşı iş görməklə dəf edirlər. Bu pisliyin onlar və ya başqaları tərəfindən baş verməsinin fərqi yoxdur. Əgər özləri tərəfindən baş verərsə, tövbə edib bağışlanılmalarını diləyir, həmin pisliyin əvəzində yaxşı bir iş görürlər. Əgər başqaları onlara pislik və haqsızlıq edibsə, bağışlayıb əfv edir, alicənablıq göstərib pislikdən çəkindirirlər. Hədislərdə hər iki vəziyyətə işarə edilmişdir. *Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: "Pis bir iş gördükdə ardınca yaxşı iş görməklə onu dəf et." *İmam Əli (ə) buyurmuşdur: "Qardaşını yaxşılıq etməklə tənbeh et, zərərini bəxşişlə qaytar
Sayfa 252 - Qurani-Həkim; Qurani Kərim tərcümə və təfsiri- Möhsün Qiraəti
20. O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. 21. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq- hesabdan qorxurlar. 22. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) axirət yurdu - 23. Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): 24. "(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!" - deyəcəklər. Ər-Rəd surəsi, 20-24-cü ayələr
Sayfa 265
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Ebu Said-il Hudri (rd) anlatıyor: Resulullah (s.a.v.) "Bir adam hanımının yüzüne baktığında, hanımı da onun yüzüne bakarsa, Allah'u Teâlâ ikisine de rahmet nazarıyla bakar. Hanımının elini tutuğunda, ikisinin günahları parmak aralarından -yaprağın döküldüğü gibi- dökülür." buyurdu. (Cami-us Sağıyr: C-(1) s-(22) Hadis No: (1977))
Sayfa 197