Psixoloji-dedektiv janrı ən çox və ən həvəslə oxuduğum janr olsa da, heç bir kitab "incələmə" yazacaq qədər məni özünə bağlamamışdı.
Kitabın adından, ilk hissələrdən düşüncəm o yöndə idi ki, hansısa psixoloji problemlərə sahib bir insandan, onun yanılmalarından söhbət gedəcək.
Əslində isə, kitab daha çox insan mənəviyyatının uçurumlarından bəhs edir. "Paranoya" dedikdə əsər qəhrəmanının düşdüyü son dərəcə qarmaqarışıq, insanın inancını, ağlını sorğuladacaq vəziyyətlərdəki özünü sorğulayışlar və bu labirintdən çıxış yolları nəzərdə tutulub. Kitabın hər səhifəsi daha da həyacanlı idi , çoxlu məqamlara sahib olması və sonda hamısının öz izahını tapması isə sadəcə mükəmməl idi.
Sonu məncə kitabın digər hissələrinə nisbətdə reallıqdan azca kənar bitdi, əslində kitabın ilk 2/3 -ünə 10/10 sonrasına 8/10 verərdim. Ancaq həyatda belə təsadüflər varsa və məna kəsb etdiyi anlar olursa, kitabda niyə olmasın?