Rəşad Savalanlı

Rəşad Savalanlı
@reshadsvln
Həkim
Tibb
Azərbaycan
Bakı, 7 Mayıs 2001
22 okur puanı
Eylül 2021 tarihinde katıldı
7/10
·642 syf.··
2024 2. kitabı
·
12 günde okudu
·
Okunma: 11 Eylül 2024 01:07
Son 30 səhifəni artıq 1 həftədir ki, oxuyub bitirə bilmirəm. Kitaba gəldikdə isə düz 8 ildir rəfimdə durur amma 1 ay bundan qabaq açıb ciddi mənada oxuya bilmişəm. Bu o deməkdir ki, kitab yaxşı deyil? Məncə əksinə. Bu kitabı oxuya bilməmə səbəbimə gəldikdə isə məncə yeniyetmə obrazı o qədər möhtəşəm yazılıb ki, mümkün deyil ki, insan bu obrazda özündən bir şeylər tapmasın. Elə mənə əzab verən, bu kitabı düz 8 ildir hər dəfə başlayıb yarıda qoymağıma səbəb olan da budur. Yeniyetmənin etdiyi səhvlər, inandığı axmaq ideyalar, özündən bixəbərliyi, hər küləklə istiqamət dəyişməsi, hər qığılcımdan içində yanğın qopması bunlar mənə çox da yad gəlmir. Dostoyevskini hər dəfə oxuyanda elə gəlir ki, sanki bu adam mənim beynimə girib, qıraqdan bucaqdan xırda şeyləri götürüb, öz obrazlarına uydurur.. Mənim üçün Dostoyevskini digər yazarlardan ayıran da elə bu xüsusiyyətidir. Hansı ki, o insan psixologiyasını elə dərindən başa düşür və bunu müxtəlif obrazlarla elə gözəl əks etdirir ki, hər dəfə hər hansısa bir kitabını bitirəndə sanki uzaqlarda bir yerdə, hansısa paralel evrende başqa bir həyatı tamamlayıb yenə öz dünyana qayıtmısan və buna görə də bu kitab ömür boyu sənin bir parçanmış kimi, daha doğrusu uzaqlarda bir yerdə yaşadığın bir xatirə kimi yaddaşında qalır.
YeniyetməFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20144,352 okunma