Gulaye Alizade

248 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 6 days
Çox oxucu əvvəl kitabı oxuyub sonra film izləyir,lakin mən əvvəl filmə baxıb qərar verirəm ki, kitabı oxuyum ya, oxumayım .#adınlaçağırbeni kitabı da o cür kəfş etdiyim kitablardan biridi.Filmi izlədikdən sonra bir neçə gün təsirində qaldım və qəti qərarla kitabı əldə edib oxudum. . Tolstoy deyir ki :”Bütün möhtəşəm hekayələr iki şəkildə baş verir ,ya biri səyahətə çıxır ,ya da şəhərə əcnəbi biri gəlir” .Elə kitabımız Oliver adlı gəncin yay tətili üçün Elio’nun evinə gəlməsi ilə başlayır. Biri 17 , digəri isə 24 yaşında olan bu iki gəncin yay tətilində yaşadıqları və özlərindən belə gizlədikləri hislərinin gün üzünə çıxması sevginin fərqli yanını da oxucuya çatdırır. Kitabda ən bəyəndiyim cəhətlərdən biri də , Elionun ilk dəfə aşiq olduğu üçün hislərinin daha dərin və daha həssas olmasıdır.Necə ki ,hər insanın ilk məhəbbəti kimi) . LGBT mövzulu kitab və film hər kəsə xitab etməyəcək bilirəm, lakin mən kitabdan böyük zövq aldım.Yazarın qələmi ,yazım tərzini çox bəyəndim.Kitab və filmdə normal olaraq fərqlər var ,lakin hər ikisi mükəmməldi və əsərin davamı olan #bulbeni kitanını oxuyub Oliver və Elio ilə yenidən söhbət etmək üçün səbirsizlənirəm.
Adınla Çağır Beni
Adınla Çağır BeniAndré Aciman · Sel Yayınları · 20203,426 okunma
Reklam
560 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 14 days
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014439 okunma
163 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 25 hours
2020 fəsadlarla dolu il kimi tarixə keçsə də, mənimçün yeniliklərlə zəngin il olmaqda davam edir :).İllər əvvəl Oxuduğum bəzi kitablara yenidən şans verdim.Onları səhv zamanda oxuduğuma görə bir növ tələf etdiyimin fərqində oldum.Müəyyən hislər var ki, onları yaşamadan kitabı oxuyanda sənə heçbir məna kəsb etmir.Nə qədər “empati” etməyə çalışsanda yaşanmışlıq olmadan anlamaq qeyri-mümkündür.6-7 il əvvəl “Kürk Mantolu Madonna” əsərini oxuduqdan sonra “şişirdilmiş” əsər olduğunu düşünürdüm.Lakin bugün bu əsər məndə unudulmaz izlər saxladı desəm yeridir. Raif əfəndi... Tanış olduğum ən incə ,naif kişi obrazdır. Uzaqdan səssiz,özünə qapalı insan kimi görsənsə də , içində tufanlar qopan bu obrazda yəqin ki, mənim kimi, bir çoxları özündən izlər tapıb.Biraz addım atmağa cəsarəti atsaydı həqiqəti öyrənmək üçün bu qədər gecikməzdi.Həyatını belə sonlandırmazdı. Maria Puder...İlk oxuduğum zaman xarakterini anlamaqda çətinlik çəksəm də, bugün Marianın hər hərəkətini,hər sözünü ən incə nöqtəsinə qədər anladım və etdiklərinə haqq verdim.Qorxmaz ,cəsarətli kimi görsənsə də, əslində daxilində sevilməyi gözləyən kiçik bir uşaq gizlətmişdi. Fərqli görsənən ikili necə bir-birini tamamlayırmış.Mütləq ki, bu ikiliylə yolum yenidən kəsişəcək,yəqin ki, o zaman da daha fərqli hislər yaşayacam.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021315.7k okunma

Reader Follow Recommendations

See All
216 syf.
·
Not rated
·
Liked
·
Read in 8 hours
Sufizm məktəb vaxtı Nəsimidən danışılarkən diqqətimi çəkmişdi.Öz düşüncəsindən imtina etməkdənsə , ölümü seçəcək qədər bağlı olduğu bu ideologiyaya hər zaman bir yaxınlıq və maraq hissi duymuşdum. Universitet həyatımda bu maraq artıq araşdırmaya çevrildi. “Aşk” romanında Mövlanə və Şəms dostluğunu oxuyarkən bir daha sufizmə maqnit kimi çəkildim.Ardı ardına bu yöndə kitablar oxudum. Və sufizmdən mənəvi rahatlıq və zövq aldığımın fərqində oldum.Bugün bu kitab vasitəsilə bir daha araşdırmamı davam etdirməli olduğumu hiss etdim.Nə qədər sufizmdən uzaqlaşdığımı düşünsəm də kainat bir şəkildə məni ona tərəf aparır.Kitab orta dərəcəli bir kitab olsa da oxucuya mənəvi zövq aşılamağı bacarır.Ümidin var olduğunu,kədərin ,üzüntünün də insan həyatının əvəzsiz parçası olduğunu unutmamağı göstərir. Həyat uzun səyatdir, o səyahətdə saysız insanlarla qarşılaşırsan .Bəziləri yolun başında qalır, bəziləri yolun ortasında,bəziləri isə sona kimi sənlə addımlayır.Bu insanların hər biri sənin səyahətində formalaşmağına ,özünü tapmağına kömək edən “bir vasitəsidir”. Hər zaman birilərinə yaxınlaşdığını düşünsən də ,özündən başqa heçkimə yaxınlaşmırsan.Kitabın adında qeyd olunduğu kimi “Heç bir qarşılaşma təsadüf deyildir” .Bugün bunu bir daha “hiss etdim” . Zəncirvari hər yaşanan hadisə bir-birinə bağlıdır.İşarətlərə diqqət edə bilsək həyatın nə demək istediyini anlayarıq.İşarətləri görmək ümidilə
Hiçbir Karşılaşma Tesadüf Değildir
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20215.9k okunma
276 syf.
·
Not rated
·
Read in 18 days
“1000kitapın” ən sevdiyim xüsusiyyəti oxuduğun kitaba xal verməyindir.İlk dəfədir bir kitaba xal verə bilmədim.Bu faciəyə ,bu dəhşətə, bu acılara necə xal vermək olar?... Uzun insan ömründən 8gün nədir ki ? deyə düşünmək olar.Lakin bu 8 gün yaşananlar bir ömrü necə də məhv edə bilərmiş. Fiziki yaralar sağalır,bəs mənəvi? Kitabı oxuduğum müddət ərzində Dürdanə ilə yıxıldım,döyüldüm, əzildim ,işgəncələrə məruz qaldım deyə bilərəm. Hər bir hadisəni sanki gözlərimlə gördüm , sanki məndə “Xocalıdan” , evimdən qovulan ,didərgin düşən biri oldum.Oxucu olaraq mənə belə təsir edibsə , bunu yaşayan Dürdanə nə haldadır düşünə bilmirəm. Oxuduğum bioqrafik əsərlərdəki qadınların hər birinin adını qəlbimə yazıram , onlar həyatımın geri qalanını mənimlə addımlayırlar. Dürdanə də bugün onlardan birinə çevrildi... Bu gün yurdumda “Qarabağ müharibəsi “ gedir. Torpaqlarımızı min şükür ki, geri alırıq .Ama şərəfsiz düşmən “Xocalı faciəsini” davam etdirir.Sivil insanlarımızı öldürür. Tərtər,Gəncə ,Goranboyu və dünəndən Bərdəni də atəşə tutublar. Ölən və yaralanan insanlar var.Ən dəhşətlisi uşaqlar var.Dünyada ədalət yoxdur ,əgər olsa bugün Dövlətlər “Xocalı faciəsini” tanıyar daha sonra isə , düşmənə dəstək olmaqdan imtina edərdilər.Eybi yoxdur Olmayan ədaləti ORDUMUZ yaradacaq...Qarabağ Bizimdir !Qarabağ Azərbaycandır!
Ermeni Zindanında Sekiz Gün
Ermeni Zindanında Sekiz GünDürdane Ağayeva · İHH Yayınları · 201679 okunma