Roma Xosrov

Roma Xosrov
@romaxosrov
Şair, qiraətçi, mədəniyyət işçisi
Ali
Bakı
Azərbaycan, 23 Ağustos 1989
Temmuz 2025 tarihinde katıldı
Etimoloji Defteri
Mücellit Nedir ?
Yaxşılıq qalacaq - Roma Xosrov
Bu dünyada nə heç bir qul, Nə də ki, bir şah qalacaq. Bu dünyada bizdən ancaq, Savabla, günah qalacaq. Xəbərin olmaz özündən, Doğulduq bir ol sözündən, Asılıb göyün üzündən, Neçə-neçə ah qalacaq. Əzrayıl bizi güdəcək, Nə vaxtsa əldə edəcək, Gedəcək, hamı gedəcək, Yaxşılıq vallah qalacaq. Əvvəlin, sonun bilsək də, Biz bu dünyaya gəlsək də, Bir gün hamımız ölsək də, Şükür ki, Allah qalacaq. Yaxşılıq qalacaq şeirin müəllifi: Roma Xosrov
Gələcəksən - Roma Xosrov
Yenə gözümə baxıb, Üzümə güləcəksən. Səni necə sevirəm, Gözümdən biləcəksən. Demə ayrıldıq daha, Sevgim ömrümdən baha, Sən ümid eləmə ha… Qəlbimdə öləcəksən. Gözləyirəm mən hələ, Az qalıb o gün gələ, Sən getdiyin yol ilə, Qayıdıb gələcəksən. Qayıdıb gələcəksən şeirin müəllifi: Roma Xosrov

Roma Xosrov

, 1000Kitap'a katıldı.