Röya

Röya
Azərbaycan
23 Haziran
43 kütüphaneci puanı
173 okur puanı
Eylül 2020 tarihinde katıldı
Yox, hiss edirəm ki, eşitmək istəmir Allah mənim səsimi..
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Dünyada qəribə təzadlar olur, əlahəzrət. Şeir-sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir.
“Həyat” qəzetinin bağlanmağına görə,1906.
Elm idi əgər bəxş edən insanə şərafət– Millət nə səbəbdən ona göstərmədi rəğbət? İslam ülumunda gər olsaydı ləyaqət Rusi oxumuşlar bə neçin etdilər nifrət? Bu nifrəti hər gündə görüb axır utandı, Əfsus,“Həyat" isə məmat oldu, qapandı! Mey nəşəsini zövq bilər, cam nə bilsin? Ruh anladığı ləzzəti əcram nə bilsin Ustadın işin, işlədiyin xam nə bilsin? Elmin, hünərin qiymətin islam nə bilsin Getsin qabağa qonşular, islam dayandı, Əfsus, "Həyat" isə məmat oldu, qapandı! Qoy qonşular alsın hələ min dürlü fəvaid, Qoy qonşular etsin hələ təzyidi cəraid, Sən söylə, qəzetdən nə olur bizlərə aid Ancaq ikini bir elə, qoyma ola zaid, İslamda bilmək, oxumaq çünki ziyandı; Əfsus, "Həyat" isə məmat oldu, qapandı!
Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop, Bu od sənin ancaq alışan canın üçündür... Yan, dinmə, sən Allah! Qan, dinmə, sən Allah! Həq söyləmiş olsan, Dan, dinmə, sən Allah!
İllərcə şüar etdiyin adətdən ayılma..
Açsan gözünü rəncü məşəqqət görəcəksən, Millətdə qəm, ümmətdə küdurət görəcəksən, Qıldıqca nəzər millətə heyrət görəcəksən, Çək başına yorğanını, nikbətdən ayılma! Layla, bala, layla! Yat, qal dala, layla!