Röya

Röya
Azərbaycan
23 Haziran
43 kütüphaneci puanı
173 okur puanı
Eylül 2020 tarihinde katıldı
7/10
·320 syf.··
2025 1. kitabı
·
78 günde okudu
·
Okunma: 07 Şubat 2025 16:19
Əcəl Zəngi
Əcəl Zəngi
Əlvida, Silah!
Əlvida, Silah!
romanlarının eyni müəllif tərəfindən yazılması reallığı məni çox təəccübləndirir, çünki bir insanın bu dərəcədə kəskin fərqli üslubda əsərlər yazmağı çox təqdirəlayiqdir. Əslində, bəli, belə olmalıdır amma bu çox da tez-tez rastlaşdığım bir səhnə olmadığı üçün heyranlığımı gizləmək istəmədim.
Ernest Hemingway
Ernest Hemingway
bu kitabda əsasən müharibə haqqında incə mesajlar ötürüb(söz yox, buna səbəb müəllifin o vəziyyətin tam içində olmağı idi), həmin şərait bizə heç də yad olmadığı üçün oxuduqca beynimdə "100%", "vallah da" ifadələri fırlanırdı. Kitab qismən avtobioqrafikdir və mövzusu bəllidir, mənim oxuma səbəbim
Ernest Hemingway
Ernest Hemingway
qələminə olan marağım idi, əgər sizin də diqqətinizi çəkirsə, fikrimcə mütləq şans verməlisiniz.
Əlvida, Silah!Ernest Hemingway · Bakı Kitab Klubu · 20177,9bin okunma
Müasir Azərbaycan ədəbiyyatında ümid işığı
8/10
·230 syf.··
2024 8. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Kasım 2024 20:26
4 il öncə oxuduğum
Yağmurla Gələn
Yağmurla Gələn
kitabında yazarın qələmi ilə ilk tanışlığım olmuşdu və niyə kitabın demək olar ki, tanınmadığına çox təəccüblənmişdim. Eva virusu isə məni bu barədə daha çox heyrətləndirdi. Əsərin mövzusu həqiqətən çox yaxşıdır və duyğu yüklü olmağından əlavə, yazar sətiraltı olaraq cəmiyyətimizin əsas problemlərini çox ustalıqla oxucuya çatdırıb, deyə bilmədiyimiz bir çox şeyi yazıya töküb. Hər kəsə məsləhət görə biləcəyim bir kitabdır lakin bir mövzu var ki, müəyyən bir qisim kitabı sadəcə səthi oxuyacaq və hekayə onu kədərləndirib bəzən sevindirəcək, duyğusal* bir kitab olduğunu düşünüb çox bəyənəcək; digər qisim isə, cümlələrdəki 2-ci mənaları dərk edəcək və kitabı daha çox bəyənəcək, yazarın digər kitablarını oxumağa da marağı yaranacaq. 2-ci qisimdə olduğumu fikirləşirəm və digər
Tural Atəş
Tural Atəş
kitablarını mütləq oxuyacağımı qeyd edərək əslində xeyli uzadıb, təriflər yazmaq istədiyim təhlili sonlandırıram.
Eva VirusuTural Atəş · Yumruq Ədəbi Birliyi · 019 okunma
5/10
·480 syf.··
2024 7. kitabı
·
126 günde okudu
·
Okunma: 17 Kasım 2024 11:08
Digər Drayzer kitabları ilə eyni səbəb, gedişat, nəticə. Ötürmək istədiyi mesaj hər kitabında eynidir sadəcə fərqli personajlar və hadisələr üzərində oxucuya sabit bir fikri çatdırmağa çalışır. Buna görə sonluğu təxmin etmək rahat olur, kitab özünə qarşı maraq yarada bilmir və axıcılığı limitli olur. Yenə də Drayzer qələmini sevirəm, ötürmək istədiyi fikir xoşuma gəlir amma növbəti kitablarını oxuyanda təəccüblənmək istəyərəm.
MaliyyəçiTheodore Dreiser · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201932 okunma
7/10
·320 syf.··
2024 5. kitabı
·
42 günde okudu
·
Okunma: 11 Temmuz 2024 14:19
1984
1984
Heyvanıstan
Heyvanıstan
əsərlərinin yaratdığı gözlənti yüksəkliyi, digər Orwell kitablarını oxuduqdan sonra bərabərində təəssüf hissi gətirir. Sanki bu əsərin kim tərəfindən yazıldığını bilməsəm daha çox sevə bilərdim. Bu vəziyyəti gözardı etsək, bəyənib, məsləhət görə biləcəyim bir kitab oldu.
Keşiş QızıGeorge Orwell · Qanun Nəşriyyatı · 20193,724 okunma
7/10
·816 syf.··
2023 11. kitabı
·
44 günde okudu
·
Okunma: 11 Kasım 2023 11:47
Hələ ki oxuduqlarım arasında, ən az bəyəndiyim və oxuyarkən sıxıldığım Drayzer əsəri oldu. Əvvəlki kitablarda olduğu kimi, şöhrətpərəst bir gənc, əvvəli çox güclü başlayan sevgi, zamanla tərəflərdən birinin sıxılmağı və başqalarına üz tutmağı, o 3-cü şəxs uğrunda alınan sərt, eyni zamanda ağılsız qərarlar, sevginin məhv etdiyi həyatlar. Oxumağa dəyər, ancaq
Dahi
Dahi
oxumaq şansınız varsa, onu keçib bu kitabı oxumağınızı məsləhət görməzdim.
Amerika FaciəsiTheodore Dreiser · Qanun Neşriyat · 2018150 okunma