"Bu şəhərdə kimsə yoxdur. İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz."
"Görəsən, nəyə görə ayağımıza geyindiyimiz ayaqqabını markasına, tikişlərinə, keyfiyyətinə, materialına qədər araşdırdığımız halda insanlar barəsində fikir yürüdərkən bu qədər tələskən oluruq? Görəsən, nəyə görə biz düşünmədən nəticə çıxartmağa bu qədər meyilliyik?"