Röya Bayramova

Röya Bayramova
@royaa11
Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən. Əliağa VahidƏliağa Vahid
Şiir
"Mən oxumuş qızları görmüşəm, onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur, əgər bizim qızlar oxusa, onlardan da gözəl olarlar." Dəli KürDəli Kür İsmayıl Şıxlıİsmayıl Şıxlı
Edebiyat
"- Mənim əlimdə heç nəyim olmasa da savadım var. Mən camaata bununla kömək eləyərəm. Əgər hamı oxusa, savadlı olsa, belə haqsızlıqlar baş verməz." Dəli KürDəli Kür İsmayıl Şıxlıİsmayıl Şıxlı
Edebiyat