"Mən öz taleyimdən qətiyyən narazı deyiləm. Mən, ölsəm də, xoşbəxtəm, qalsam da. Sənin həsrətin, sənin hicranın, mənim üçün bir sitəm, bir əzab olacaqdısa, o zaman mən nə ilə fəxr edə bilərdim? Nə ilə yaşayardım? Sənin məhəbbətini dilimə necə gətirə bilərdim?"