"Bir qadın sev..Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən, qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan.
Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan.
Bir qadın sev...
Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan, əlləri yarana dəysə məlhəm olan.Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran
Bir qadın sev..🤍
•Əziz Yaqubzadə
"Sevinçliyken yüreğinizin derinliklerine bakın göreceksiniz; sizi şimdi sevindiren, bir zamanlar üzenden başkası değildir. Kederli olduğunuz zaman yine yüreğinize bakın göreceksiniz, aslında, bir zamanlar neşe kaynağınız olan için ağlamaktasınız."
•Halil Cibran