Sən bu sərbəst göylərin
Sərbəstcə ulduzusan,
Qayğısız bir ölkənin,
Qayğı bilməz qızısan.
Sərbəstdir alnındaki
Qıvırcıq tellərin də,
Sərbəstdir sənin kimi,
Gün görmüş ellərində.
Elə isə birndə coş,
Səsin düşsün dağlara.
Sən kimdən çəkinirsən?
Qız hara susmaq hara?