Oxuyub bitirəndə dedim ki, mən niyə bunu oxudum ahahaha. Tolstoyun yazarlığına eleştiri edə bilmərəm, qələmi güclüdü, öz sözünü deyən tərziylə bugünə qədər hələ də aktuallığını qoruyan kitabları milyonlarla oxunur. Ancaq bu kitab, bilmirəm..bəlkə də mənə elə gəlir, amma içini "fakir ədəbiyyatı" pozitivizmindən ibarət görmək məni xəyal qırıqlığına uğratdı. Bəlkə bunu böyümə dövründəki uşaqlara oxutmaq təsirli ola bilər, altmətni "kişisel gelişim" duzsuzluğundaki bu kitab mənim üçün gənc, yetkin insanların təfəkkürünün altında qalan bir iş kimi gəlir.