Sadigova

Sadigova
@sadogova
Həyat bütün kiçik xirdaliqlarina qədər çoooox gözəldi
Oar - "Yalnızlıqdan Şizofreniyaya"
9/10
·344 syf.··
Beğendi
·
2022 1. kitabı
·
38 günde okudu
·
Okunma: 30 Ocak 2022 18:51
Əsəri oxuyub bitirməyimdən təxminən 2 saat sonra... Çox qarışıq bir hislərə sahibəm hal-hazırda.Elə isə bu romanla ilk tanışlığımdan hazırkı ana qədər kitabla bağlı yaşadığım hər şeyi sizinlə də paylaşmaq istərdim. İlk öncə onu deyim ki, əsərin adını ilk dəfə hardan eşitdiyim, kimdən eşitdiyim, ya da hardasa görüb oxumaq qərarına gəldiyim barədə dəqiq bir məlumat xatırlamıram.Ancaq onu deyə bilərəm ki, keçən il mart tətilində də şizofreniyaya aid müasir gənc bir yazıçımızın əsərini (bəlkə də çoxunuz eşitmisiniz) "Ölümdən sonrakı şizofreniya" oxumağa başlamışdım.Bəlkə də yuxarıda yazdığım bu cümlələr yersiz oldu, amma elə bu əsəri bitirdikdən sonra ona oxşar adda indi oxuyub bitirdiyim bu kitabı kəşf etdim.Necə kəşf etdim, niyə kəşf etdim, bu haqda da heç bir fikrim yoxdur.Sadəcə təsadüf deyərdim... Nə isə...Üzərindən bir müddət keçdi, və artıq bu əsər haqda çox eşidirdim (bəlkə də mənə elə gəlirdi).Nəhayət, 24 dekabrda bu kitabı oxumağa başladım, ilk 20 səhifəsindən kitab məni özünə bağlamağı bacarmışdı, sözün əsl mənasında.Lakin sonra bəzi səbəblərdən dolayı kitabı yarım buraxdım, və yenidən düz bir ay sonra 24 yanvar kitabı başdan oxumağa başladım.Kitabın bədiiliyi, yüksək obrazlılıq səviyyəsi, hadisələrin get-gedə oxucunu heyrətləndirəcək səviyyədə şiddətlənməsi, bəzən isə ara-sıra edilən gülməli dialoqlar qarşıda ya nə isə maraqlı, ya da çox hədsiz dərəcədə dəhşətli, qorxulu bir hadisələrin varlığından xəbər verirdi...Beləliklə 5 gün içində maraqla bitirdim (halbuki çox az kitab bu qədər bağlılıq yarada bilib indiyə qədər) >SPOİLER!< Kitabın 222-ci səhifəsindən sona qədər təsirindən çıxa bilmədim.222-ci səhifədə - Atılan beton parçasının Elzanın başına düşməsi, növbəti dəfə 299-cu səhifədə İnarın, bacısının, hətta atasının qatilinin onun öz
Edebiyat
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017624 okunma
Zeyneb isimli okura yanıt verildi
Sadigova
Məndə var