224 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
`Bu söhbəti xatırlarkən "səadət nədir?"- deyə, öz-özümə sual verdim. Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzuda əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi aruzya xidmət etmək deməkdir.` Əsər yuxu içində yuxu, nağıl içində nağıl xarakteri daşıyır. Biz Əhmədi oxuyuruq, Əhməd Çoponu oxuyur, Çopo isə daha başqa nağılları.. beləcə davam edir və iki hissədə ibarətdir. Birinci hissədə Xoruz qəbiləsindəki Çoponun tələbəlik illərindən, ikinci hissə isə Qoç, Yel qəbiləsi, İskit diyarıdakı macəraları ilə davam edir. Əsər özündə müxtəlif ölkələrin miflərini, hekayələrini və əfsanələrini əhatə edir. Həmçinin avesta və babil qanunları qarşımıza çıxır. Studentlər əsərində də olduğu kimi, yenə köhnə çürümüş adət-ənənə ilə mübarizə, tənbəllik, müharibə və vəhşiliyə qarşı savaş özünü göstərir. Çəmənzəminli, tək yolun şəxsi mənafeyi cəmiyyətin mənafeyinə qurban verilməsində görürür. Düşünürəm ki, Yusif fikirlərini müxtəlif obrazlarla çatdırsa da, daha çox Çopo və Ceyniz onun idealarının daşıyıcısıdırlar. Xoş mütaliələr!
Qızlar Bulağı
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 201665 okunma
Bir gün Allah peyğəmbərləri çağırıb soruşur: "Səadət nədir?" Hər kəsin cavabı özünə görə olur. Musa: "Vəd edilmiş torpaqlara getməkdir"; İsa: "Bir yanağına vurana digərini çevirməkdir"; Budda: "Həyatda heç bir arzusu olmamaqdır"; Hz. Məhəmməd: "Səadət həyatı olduğu kimi qəbul etməkdir" deyir.
Sayfa 205 - Amak-ı XəyalKitabı okudu
Reklam
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Yaşamaq üçün
Bəzi adamların qaçım gözündən təki sənin gözün üstümdə olsun. Xətrimə dəyiblər yenə, əzizim , xətrim, bilirsənmi, sığal istəyir. Mənim ürəyimdə ilham ağrısı, ilhamsız kəslərdən macal istəyir. Qulaq as efirdən gələn səsə: "Səadət hər kəsin öz əlindədi". Səadət hər kəsin öz əlindəsə, bizim çəkdiyimiz iztirab nədir?! gəl, görüm... gəl, görüm səni, necə darıxmışam bir qılıq üçün. Sonra evinizə ötürrəm səni, səni görməliyəm yaşamaq üçün.
Sayfa 45
Bir yol ayrıcına bənzəyir həyat, Yaramaz həyatın üstündə əsmək. Cəsarət istəyir, bir də ehtiyat, Nə ləngimək olar, nə də tələsmək. Ehtiyat elədim orda ki, bir vaxt, Cəsarət hər şeyə, məncə, dəyərdi. Cəsarət göstərdim orda ki, ancaq, Adi bir ehtiyat bəs eləyərdi. Bu dünya qəribə bir əyləncədir, Dünya sərt, mən bəzən uşaqxasiyyət. Yaşadım, bilmədim bu dünya nədir, Bilmədim, dünyada nədir səadət. Kədərim dünyanın vecinə deyil, Sevincim necə bəs, düşürmü yada? Bəlkə dünya üçün, bu - heç nə deyil, Nə qədər sevinc var, qəm var dünyada. Dünya sərgisində göründüm, yetər, Həqiqət dedim mən ”yalan dünya”ya, Dünyanı əyləncə hesab edənlər, Əylənib baxsınlar bir an dünyaya.
Volqa da gəzib-dolaşmışdı; indi onun rəngi də dəyişmiş, qırmızı rəngdə axmır artıq. Sənan təpəsində bülbüllər nəğmə yarışındadır. Dediyi kimi, nurlar ard-arda doğur Asiya düzlərində. İstibdad pərdəsi dağılırmı, nədir? Hər qışın bir baharı, hər gecənin bir sabahı var. Günlər bahara doğru uzanır və dünya məktəbində müşahidə edilən təhsil bu gün səmərə müjdələri ilə doludur.
Reklam
49 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.