Bundan gözəl izah ola bilməzdi..Həqiqətən də sevgi izah edilə bilmir,hiss olunur.Qaydalara tabe olmur, sözlərlə izah edilə bilməyən ruhbağlılığıdır sevgi mənə görə
(Bu, tərcüməyə və izaha ehtiyacı olmayan, – ki, sonsuzluğa doğru gedən Kainat da
bunlara ehtiyac duymadığı kimi, – saf və anlaşılan bir dil idi. Santyaqo həmin an
yalnız bir şeyi anladı: öz adaxlısının qarşısında dayanıb və qız da sözsüz bunu başa
düşməlidir. O, hətta valideynlərinin kim olduğuna tərəddüd edərdi, amma bunun
belə olacağına tamamilə əmin idi. Düzdür, valideynləri yəqin deyəcəkdilər ki, əvvəlcə
sevmək, sonra nişanlanmaq, qızı bir insan kimi yaxından tanımaq, pul toplamaq və
bütün bunlardan sonra evlənmək lazımdır. Amma bu cür məsləhət verən adam
Ümumi Dili bilmir, zira bu dilə baş vuranda aydın olur ki, səhranın ortasındamı, yoxsa
böyük şəhərdəmi, fərqi yoxdur – həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki
nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir,
yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına
inanırsan. Bu əl qəlbində məhəbbət yaradır və sənin üçün əkiz ruhu axtarır;
işlədiyindən, dincəldiyindən, yaxud xəzinə axtardığından asılı olmayaraq, bu hər kəs
üçün belədir. Yoxsa insan nəslini ağuşuna almış arzuların heç bir mənası olmazdı.)