Salbina Bunyatova

Həyatda hər şeyin bəzən tezliklə bir nəticəyə gətirib çıxaracaq şəkildə düzəlməsi qəribə deyilmi? Sanki faciələr də bitkilər və çiçəklər kimi balaca bir toxumda gizlənir və hansı bir qüvvə isə onların birdən-birə inkişaf etməsinə yardım edərək fəlakəti təkamülə gətirib çıxarır. Bəzi adamların həyatı cəhənnəmdə açılmış və onun bütün atəşi ilə yanan güllər kimidir.
Sayfa 474·Kitabı okuyor
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Qəlblərin yaxınlığı qəribə hadisədir. Bu adamları onların şüur və iradələrindən asılı olmayaraq, asanlıqla birləşdirə bilir.
Sayfa 426·Kitabı okuyor
Görünür, həyatın işi ancaq yeni vəsvəsələr yaratmaq və xəyalları təkmilləşdirməkdir. Əslində, həyatda hər şey xəyal və vəsvəsədir, bəlkə, yalnız kainatın əsasını təşkil edən ilk substansiya, yaxud prinsip müstəsna ola. Həyatda yalnız mübarizəyə rast gələnlər üçün bu vəsvəsə həyatın harmoniyasıdır, həmişə yoxsulluqda yaşayan adamlara isə zənginlik gözəl xəyal kimi gəlir.
Sayfa 421·Kitabı okuyor
Adətən, ən dəbdəbəli vəzifə belə adamı müəyyən çətinliklərdən xilas etmir, çünki böyük üstünlüklər həmişə böyük məsuliyyətlə əlaqədar olur.
Sayfa 381·Kitabı okuyor
Üzərindən bütün xəyal və saxtakarlıq örtükləri götürülmüş həyat çox çirkin bir mənzərə təşkil edir.
Sayfa 372·Kitabı okuyor