Salbina Bunyatova

10/10
·196 syf.··
Beğendi
·
2023 34. kitabı
·
3 günde okudu
·
Okunma: 29 Kasım 2023 20:31
Terapiya zamanı artıq qorxu, həyəcan, ağrı hiss etmək, sevmək, ağlamaq istəmədiyini deyən insanlara, əslində bu hisslərin necə dəyərli və faydalı olduğunu izah etməli oluruq. Çünki hissləri inkar özünü, dünyanı, həyatı inkar deməkdir. Bəs əgər hiss etməsəydik həyatımız necə olardı? Hiss etdiklərimizin inkarı bizi hara aparır? Bu qədər əzabla yaşamağın yolu nədir? "Badam" emosionallığın sərhədlərində yaşayan iki uşağın hekayəsidir: heç bir emosiya yaşamayan, hissləri mənalandıra bilməyən, doğulandan aleksitimiyadan əziyyət çəkən Yunce və həddindən artıq emosional olsa da, hisslərini inkar edərək "güclü" olmağa çalışan Qon. Bu hekayə həm də, illərdir müzakirə olunan "təbiət yoxsa tərbiyə?" sualının cavabıdır. Sanki yaşamağın sirri Yunce və Qonun dostluğunda gizlidir. Xüsusi qayğıya ehtiyacı olan və çətin tərbiyə olunan uşaqların cəmiyyət ilə münasibətləri, onların valideynlərinin qarşılaşdıqları çətinliklər, böyüklərin öz yetərsizliklərini qəbul etmədikləri qədər əzdikləri uşaqlar, bütün bularla mübarizə apararkən edilən səhvlər və s. elə incəliklə təsvir olunub ki... İl bitmədən sevimli kitablarımın siyahısına biri də əlavə olundu. Düşünürəm ki, "Badam" istənilən insana müasir ədəbiyyatı sevdirə bilər.
Duygu/Düşünce
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,809 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·222 syf.··
Beğendi
·
2023 7. kitabı
·
6 günde okudu
·
Okunma: 13 Şubat 2023 15:57
İnsan qaçdıqlarını daxililləşdirərək ondan qurtulacağını düşünür. Bəzən isə bu cəhd uğursuz eyniləşmə ilə nəticələnir. Marina ölümün hekayəsidir - ondan qorxanların, qaçanların, ona təslim olanların, ona sığınanların, onu köhnə dost kimi salamlayanların, ya da ona axmaq uşaq kimi davrananların, sevdiklərini ondan qısqananların və onu sevdiklərinə yol sananların... Oskar və Marina sanki çoxdandır açılmayan kitabı vərəqləyib, onun tozunda boğulurlar. Kitab K.R.Zafon yaradıcılığına ilk müraciətim oldu və xəzinə tapdığımı anladım. Qotik hava və sehrli dünya təsvirini bəzəyən müdrikliyə valeh oldum. Başlanğıcda Ç.Dikkensin Böyük ümidləri əsərini xatırlasam da, hər şey tamamilə dəyişdi. Qorxunun gizlətməyə çalışdığı kədər ölümün özünə çevrildi. Uzun zamandır nə olacağını öyrənmək üçün tez oxumaq və heç bitməsin deyə yavaşlamaq arasında tərəddüd etdiyim və ən fərqli sujeti olan kitab oldu Marina.
MarinaCarlos Ruiz Zafon · Köhlən Nəşriyyatı · 2021239 okunma
10/10
·224 syf.··
Beğendi
·
2023 5. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ocak 2023 00:52
Dartanyanlar kitab klubu yanvar ayında müzakirə üçün "Qiraətçi"ni seçməsəydi, bəlkə də uzun müddət bu kitaba diqqət yetirməzdim. Başlanğıcda mənim üçün quru psixoanalitik təhlillər apardığım maraqlı hekayə, göz yaşlarına boğulmağım ilə sonlandı. Yazar heç kimi günahlandırmadan və ya haqq vermədən, zərər vuranı da, zərər çəkəni də neytrallıqla anlatmışdı. Bu isə, Mixaelin dediyi kimi "işarət barmağımı yönləndirəcək bir kəsi tapa bilmədiyim üçün" hisslərimin daha da qarışmasına səbəb oldu. "Qiraətçi" 15 yaşlı yeniyetmə Mixael və 36 yaşlı Hannanın hekayəsidir - bu sevginin deyil, güclü bağlılığın hekayəsidir. Hanna haqqında hisslərim bir kənara, onun pedofil və narsist olduğunu düşünürəm. Onu anlayıram, lakin anlamaq və haqq vermək arasında incə sərhədi aşmadan, sevgini isə bu sərhəddən uzaqda tutaraq. Yazar oxucuyla Hannanın uşaqlığını, valideynlərini tanış edəydi kaş. Niyə partnyorunu psixoloji yaşına uyğun seçdiyini öyrənə bilərdik onda. Atası ilə problemləri vardı bəlkə və buna görə də, üzərində qələbə çala, idarə edə biləcəyi kişi seçmişdi. Bəlkə də buna görə sərt, duyğusuz davranmağa çalışır, forma və rəsmi geyimli işlərdə olurdu. Mixael isə, sadəcə cinsi yetişkənlik dövründə olan yeniyetmədir. Yazarın psixoanaliz haqqında nə qədər məlumatlı olduğunu bilmirəm. Lakin axtardığım hekayəni xüsusi ilə vurğulayaraq təqdim etməsindən bu haqqda müəyyən fikrə gəldim. 4 yaşlı "fallik dövr"də olan oğlan uşağının beynində anasının onu çimdirməsi, həddən artıq nəvaziş göstərməsi haqqında koqnitiv model formalaşır. İllər sonra eyni səhnə "ona qadağan olmayan qadın" ilə yaşanır. Sonda bir daha əmin oldum ki, öz günahından xəbərdar caniyə verilə biləcək ən böyük cəza azadlıqdır. "Qiraətçi"ni çox sevdim.  Hannanı isə uzun müddət unutmayacağam.
QiraətçiBernhard Schlink · Qanun Nəşriyyatı · 20114,620 okunma
Human Acts
10/10
·208 syf.··
Beğendi
·
2023 1. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Ocak 2023 02:55
Hardan başlayacağımı, hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Təəssüf ki, Han Kang kimi hekayə ustası deyiləm və boğazımda toplanmış düyünü sözlərimlə əritməyi bacarmıram. "İnsan əməlləri" 1980-ci ildə Cənubi Koreyanın Kvanju şəhərində baş vermiş üsyanın qanla yatırıldığı, insanlığın kirli tarixindən bəhs edir. Han Kang nə acındırma edir, nə də quru tarixi faktları sıralayır. O, bizi keçmişə aparır, sanki bir ruh kimi kənardan baş verənləri müşahidə etdirir, lakin əldən heç nə gəlmir. 360° kamera ilə çəkilmiş videolar kimi Donho adlı yeniyetmənin ölümünü və onu tanıyanların gözündən oxuyuruq. 6 bölümün hər birində ayrı bir şəxsin çəkdiyi ağrılara şahid olur, lakin Donho ilə tanışlığını da oxuyuruq. Lusifer Effekti kitabını oxumaq istəməyimin səbəbini bu kitab yenidən mənə xatırlatdı. Sadəcə əmr aldıqlarına arxalanan insanlar nələr edə bilərlər? "Unutmamışam - hər gün qarşılaşdığım varlıqların insan olduqlarını. Bu söhbətə qulaq asan siz də insansınız, mən də". Kitabı oxuduqca, mən də obrazlar kimi özümə sual verməkdən yayına bilmədim. Niyə? Axı niyə insan insana qəddarlıq etməkdən çəkinmir? Niyə bütün bu qırğınlar baş verir? Və cavab ala bilməmək insanı məhv edir.
İnsan ƏməlləriHan Kang · Strauss Nəşriyyat · 20222,142 okunma
9/10
·132 syf.··
Beğendi
·
2022 52. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Aralık 2022 19:49
Kitab yazmağa çalışan orta yaşlı jurnalist və ondan yaşca iki dəfə böyük olduğu sevgilisi Aqnes... Aqnesin istəyi ilə sevgilisi onlar haqqında hekayə yazmağa başlayır. Bir müddət sonra hekayənin nə qədər real, reallığın nə qədər hekayə olduğunu təyin etmək olmur. Qəribədir ki, roman boyunca ölüm düşüncəsinin həzin külək kimi əsdiyi və bəzən də yaşananların kölgəsi altında şiddətli qasırğaya çevrildiyi hiss olunur. Jurnalistin (əsərdə adı verilmədiyi üçün onu belə adlandıracağam) etdiyi hərəkətlər məni çox qəzəbləndirdi. Lakin hər şey sanki belə olmalıymış kimi, onu qınaya bilmədim. Bəlkə də Aqnes heç yaşamamışdı, bəlkə tək yaşayan Aqnes idi, bəlkə heç bunun fərqi də yoxdu.. Sıradan bir cütlüyün münasibətlərini əks etdirən bu sadə hekayəni çox sevdim.
AqnesPeter Stamm · 033 okunma