Yaşamaq həvəsi sizi azdırmaq istəyəndə sonra bundan peşmançılıq çəkəcəyinizdən qorxun, miss Eyr. Peşmançılıq adamın həyatını zəhərləyir.
-Amma deyirlər, peşmançılıq ürəyi sağaldır?
Güman edilir ki, qadınlar sakit olurlar, amma əslində qadınlar da elə kişilərin keçirdiyini yaşayır, yəni öz bacarığını tətbiq etmək istəyir və bunun üçün onlara, qardaşlarından az olmayaraq, fəaliyyət dairəsi lazımdır.
Bura Lovuddakı quru döşəməli, divarları malalı olan otaqdan o qədər fərqlənirdi ki, bundan fərəhlənir, özümdə yeni bir gümrahlıq hiss edirdim. Gənclik zahiri təəssüratlara çox həssas olur.
Görəsən gənc, təcrübəsiz adam üçün dünyada özünü tənha hiss etməkdən, özbaşına taleyin öhdəsinə buraxılmaqdan, yön aldığı limana çatıb-çatmayacağıyla bağlı şübhələr içində çırpınmaqdan və bir çox səbəblər üzündən artıq geriyə yol olmadığını anlamaqdan daha ağır və qəribə bir hal ola bilərmi?!