Tanrı’nın Proust oxumadığını göz önünə alaraq, bu dünya ile bağlı böyük əksikliyin olduğunu düşünürəm. Hər şeyi dərk etməyin, büyük bir ərmağan olduğunu hesab edirdim. Bir müddətdir ki, düşünürəm, görəsən valideyinlərim hansı pozisiyada sevişdilər ki, dünyaya və özümə olan yadlığımı meydana çıxardı. Kiməsə bənzəmək üçün mübarizə aparmağınıza gərək yoxdu, təbiətinizə qarşı gələn söyləmlərlə gerçəkliyin və hissetmənin ötəsinə keçə bilmirik. Sevişdikdən sonra nə danışdılar, nə hissetdilər bilmirəm fəqət bu qədər sevgidən və vicdandan yoxsul varlığın eyni ölkədə toplanmasını qəbul edə bilmirəm. Zehnimdəki bir sarılma ve bağırmayla qoxumdan darıxdığımın fərqinə varıram. Eşq, zamanı geriyə qaytarmağın imkansız olduğu bir aldadılma şəklidir, buna görə biz oradaykən yoxdur. Onu tapmaq üçün mədə bulandıran gözəlliklərlə bəzənirik və kəbullanırıq lakin bundan danışmırıq. İnsan ana və atasıyla sevgili olmağa çalışdıqca qrup seks tədirginliyi ilə yaşamağa davam edir. Kimlərinsə gizlədikləri və zamanla böyüyən bir Samsara çiçəyi kimi özümüzü öldürmək üçün günəşi bağlayırıq. Buna görə də var oluşun ən gözəl anlamı, özümüzü bir başqasında tanıdıqca onları öldürdü, çünki tükənən hər şeyə mərsiyə qoşaraq, sevməyi öyrəndik. Əksik, tamdan daha çoximiş.