Fikrimə görə, müəllif burada bizə dəyişikliyin özümüzdən başlamalı olduğunu mesaj verir.
Bütün canlılar təbiət üzrə öz qanunları ilə yaşayır.
Sadəcə biz insanlarıq ki, yer üzünə nifrət toxumu əkib, sonra da sevgi gözləyirik.
Öz nəfsinin qurbanı olan da bizik.
Təbiətin bütün qanunlarını məhv edib, sonra ilahi ədalət axtaran da bizik.
Axı bir düşünək:
Kimdir nifrət və qəzəb sahibi?
Hansı heyvan ağlı və şüuru olduğu halda birinin qeybətini edib?
Hansı canlı pula görə qatil olub?
Hansı canlı haram yeyib?
Hansı canlı günahsız insanlara, uşaqlara qıyıb?
Hansı canlı öz şəhvətinin, nəfsinin qurbanı olub?