Puan vermedi
XIX əsrin sonunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqverdiyev realist ədəbiyyatımızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. Onun "Dağılan tifaq" əsəri Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ini tamamlayan və davam etdirən ikinci faciədir. Dramaturgiyamızın sonrakı mərhələsində əsasında maarifçi məfkurə dayanan belə möhtəşəm sosial faciələrə daha rast gəlinmir. "Seçilmiş əsərləri"nin birinci cildinə ədibin dram əsərləri daxil edilmişdir. Tariximizin mühüm bir dövrünü əks etdirən bu əsərlər XX yüzilin əvvəlində Azərbaycan səhnəsində gedən axtarışları ifadə edən səciyyəvi bədii nümunələrdir.
Seçilmiş Əsərləri 1. CildƏbdürrəhim bəy Haqverdiyev · Lider Nəşriyyatı · 200564 okunma
Con Milton. Seçilmiş əsərləri
6/10
·496 syf.··
2025 6. kitabı
·
40 günde okudu
·
Okunma: 26 Nisan 2025 00:00
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
kitabında Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" poemaları yer alır. "İtirilmiş cənnət" daha geniş, daha çox təsvirli və süjet xətti daha zəngin olan bir əsərdirsə, "Qaytarılmış cənnət" bu perspektivlərdə müəyyən qədər geri qalır. Ümumilikdə hər iki poema üçün dəyərləndirməm aşağıdakı kimidir: 1. "İtirilmiş cənnət" (poema) — 7.0 2. "Qaytarılmış cənnət" (poema) — 5.2 Bu kitab üçün ortalama dəyərləndirməm: 6.1
Seçilmiş ƏsərləriJohn Milton · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20131,438 okunma
Puan vermedi
Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Bəxtiyar şerini artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisəsinə çevrilibdir. O, poeziyamızı dövrün ağır sınaqlarında qoruyub saxlamağı bacaran, "öz sinəsində hər zərbəyə açıq, dərisi soyulmuş ürək gəzdirən" həqiqi milli şairdir. Əsrin Şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir.
Seçilmiş Əsərləri 1.CildBahtiyar Vahapzade · Öndər Nəşriyyatı · 200479 okunma
Puan vermedi
"Vətənin və şairin taleyi ayrı heç yerdə, heç kəsdə bu qədər Xəlildəki qədər bir-birinə bənzəmədi. Yalnız həqiqətən xalis fitri şairlər həyatın, şəhidliyin sınağına, həm də poeziyanın imtahanına bu tamlıqda, bu səviyyədə hazır olurlar....Əslində, indiyə qədər də Xəlil qüvvətli ruhun, fəhmin təcəssümü olan bir varlıq idi, indən belə də ruhun simvolu olaraq qalacaqdır". Tanınmış tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayevin bu səmimi sözləri Azərbaycan xalqının ən ağır dərdlərinin, ən ümdə arzuları və müqəddəs istəklərinin salnaməsini yazan, onun azadlığı uğrunda mübarizədə xüsusi xidmətlər göstərən şair Xəlil Rza Ulutürkün yaradıcılığını gözəl səciyyələndirir. Təqdim olunan kitabda görkəmli şairin ədəbi fəaliyyətinin 1950-80-ci illər dövrünü əhatə edən poetik nümunələri toplanmışdır.
Seçilmiş Əsərləri 1.CildXəlil Rza Ulutürk · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200530 okunma
Puan vermedi
Beşcildliyə görkəmli ədibimiz Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilmişdir. Cildlərdəki janrların hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilmişdir. Hekayələrin və oçerklərin əksəriyyəti vaxtilə əvvəlcə qəzet və jurnallarda dərc edilmiş, sonralar kitablarda çap olunmuşdur. Təbii ki, bu zaman müəllif tərəfindən onların bəzisində az, bəzisində isə çox dəyişikliklər, redaktə xarakterli düzəlişlər aparılmışdır. Hətta bu əsərlər daha sonralar başqa kitablarda təkrar çap edilərkən bəzən müəyyən dərəcədə fərqli olmuşlar. Bəzi əsərlərin adları da dəyişdirilmişdir. Beşcildliyə daxil edilən bütün əsərlərin son variantı əsas götürülmüşdür. Hekayə Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənmişdir. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilmişdir. Bütün bunlar ədibin əsərlə rinin nəzərdə tutulmuş akademik nəşri üçündə kifayət qədər əsaslı zəmin ola bilər.
Seçilmiş Əsərləri Hekayələr: 1 CildMir Celal · Bakı, Adiloğlu Nəşriyyatı · 20136 okunma
8/10
Mehdi Hüseynin bu kitabında ədibin hekayələri və "Yeraltı çaylar dənizə axır" romanı cəmlənmişdir. Hekayələrdə yaddaqalan insan obrazları yaradılır, təsvir olunan hadisələrin ruhunda zamanın izləri açıq-aydın görünməkdədir. "Yeraltı çaylar dənizə axır" romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.
Seçilmiş Əsərləri 1.CildMehdi Hüseyn · Avrasiya Press Nəşriyyatı · 200524 okunma